Gülər Əhmədova Hafiz Hacıyevin Partiyasına ÜZV OLDU
Bu xəbəri paylaş
Milli Məclisin sabiq deputatı Gülər Əhmədova bu günlərdə Müasir Müsavat Partiyasına üzv olub.Onun tezliklə təşkilatın keçirilməsi nəzərdə tutulan qurultayında partiya sədrinin müavini postuna gətiriləcəyi bildirilir.
Yayılan xəbəri dəqiqləşdirmək üçün Moderator.az-ın əməkdaşı Gülər Əhmədova və Hafiz Hacıyevlə ayrı-ayrılıqda əlaqə saxlayıb. Həm Gülər Əhmədova, həm də Hafiz Hacıyev xəbəri təsdiqləyiblər.
Bildirilib ki, Gülər Əhmədova Müasir Müsavat partiyasında beynəlxalq münasibətlər və Türk Cümhuriyyətləri ilə iş üzrə məsələlərini kurasiya edəcək.modern.az
Bu xəbəri paylaş
Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən www.AZpress.AZ saytına istinad zəruridir !