Vətən müharibəsində cəbhədə ən fəal qurumun adı açıqlanıb -

Vətən müharibəsində cəbhədə ən fəal qurumun adı açıqlanıb

Beynəlxalq İnsan Haqları Komitəsinin (Human rights) Azərbaycan üzrə direktor müavini, ehtiyatda olan zabit, politoloq Elçin Axundzadə 2 gün öncə təşkilatı təmsil edərək cəbhə bölgəsində monitorinq aparıb.


Bu barədə açıqlama verən Elçin Axundzadənin dediyinə görə monitorinqin aparılması müharibə və müharibədən sonrakı ilk dövrdə dövlət qurumlarının cəbhədə, eləcə də mülki əhaliylə işinin təşkilinin öyrənilməsi məqsədi daşıyıb. Sınaqlardan ən üzüağ çıxan qurum isə “Azərişıq” Açıq Səhmdar Cəmiyyəti (ASC) olub.


“Bir neçə gün öncə Beynəlxalq İnsan Haqları Komitəsi döyüş bölgəsində monitorinqlər keçirib. Azərbaycan əsgərinin mülki şəxslərə münasibəti, işğaldan azad edilmiş bölgədə dövlət strukturlarının gördüyü işlər, dövlət strukturlarının cəbhə bölgəsində mülki şəxslərə münasibəti öyrənilib. Müharibə gedərkən ermənilərin Bərdə, Gəncə, Tərtərə atdığı raket zərbələri zamanı dövlət qurumlarının insanlara yardımını araşdırdıq. Sorğu keçirdiyimiz vətəndaşların hamsı “Azərişıq”dan məmnunluq ifadə etdilər.

Onlar bildirilər ki, “Azərişıq” hətta raket zərbələrinin ən intensiv olduğu günlərdə belə, əhalini enerjisiz qoymayıb, generatorlarla təmin edib. Əsgər və zabitlərimiz də bildiri ki ,bu qurum onların yanında olub, əks hücumların yüksək səviyyədə həyata keçirilməsi üçün generatorlarla təchiz edib, əsgərləri ruhlandırmaq üçün mümkün olanı edib.Onların dediyinə görə, işğaldan azad olunan ərazilərə dərhal “Azərişığ”ın traktor və buldozerləri girib, mühəndis qurğularını işə salıb, dərhal elektrik naqillərini bərkidiblər. Şuşa məscidini elə möhtəşəm işqlandırdılar ki, Xankəndində bunu görən ermənilərin ürəyi partlayırdı. Çox istərdim ki, digər strukturlar da cənab Prezidentimizin tapşırıqlarını dərhal yerinə yetirsinlər, fəal olsunlar, insanlarımızı incitmədən, narazı salmadan işləsinlər. Çünki bizim qarşıda görüləcək çox böyük işlərimiz var”-deyə E. Axundzadə qeyd edib.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !