Laçınlılar doğma rayonlarının işğaldan azad olmasını böyük coşqu ilə qeyd edirlər - -FOTO=68 Mais İbrahimov (AZpressAZ)

Laçınlılar doğma rayonlarının işğaldan azad olmasını böyük coşqu ilə qeyd edirlər -FOTO=68 Mais İbrahimov (AZpressAZ)

Azərbaycan Prezidenti, Rusiya Prezidenti və Ermənistanın baş nazirinin noyabrın 10-da imzaladığı birgə bəyanata uyğun olaraq Laçın rayonu Ermənistan ordusu tərəfindən tam boşaldılıb və Azərbaycan ordu hissələri əraziyə daxil olub. Prezident, Müzəffər Ali Baş Komandan İlham Əliyev Laçın rayonunun işğaldan azad olunması münasibətilə Azərbaycan xalqını təbrik edib. Bu tarixi hadisə xalqımız tərəfindən böyük sevinc hissi ilə qeyd edilir.
AZpress.AZ-ın bölgə müxbiri xəbər verir ki, doğma rayonlarının 28 ildən sonra işğaldan azad edilməsinə sevinən Laçın rayon sakinləri şanlı qələbə sevincini yaşayıblar. Ağcabədi rayonunun Taxtakörpü ərazisində məskunlaşan laçınlılar bir-birini təbrik edib, doğma yurdlarının işğaldan azad olmasını bayram ediblər. Hər tərəfi "Qarabağ Azərbaycandır", "Yaşasın Ali Baş komandan!", "Biz Laçına qayıdırıq", "Yaşasın Azərbaycan ordusu" kimi şüarlar bürüyüb.
Avtomobil karvanı, əllərində bayraqlar tutmuş atlılar, piyadalar Taxtakörpü qəsəbəsində yürüş ediblər. Qəsəbədəki Heydər Əliyev adına meydanda bayram tədbirində konsert proqramı təşkil edilib. Tədbir iştirakçıları ulu öndər Heydər Əliyevin büstünü, "Şəhidlər" abidə kompleksini ziyarət edərək, önünə tər çiçəklər düzüblər. Bayram tədbirində şən və vətənpərvərlik mahnıları səsləndirilib. Havaya rəngbərəng şarlar buraxılıb.
Fotomüxbir: Mais Amin AZpress.AZ  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !