Qarabağda 655 erməni hərbçinin cəsədi AŞKARLANIB -

Qarabağda 655 erməni hərbçinin cəsədi AŞKARLANIB

Ermənistan tərəfi itkin düşən və ölən hərçbilərin cəsədlərinin axtarışlarının davam etdiyini söyləyib.
Ermənistan KİV-nə istinadən xəbər verir ki, bu günə qədər 655 erməni hərbçinin cəsədi aşkar olunaraq, ailələrinə təhvil verilib.
Beynəlxalq Qırmızı Xaç Komitəsinin Ermənistandakı ofisinin mətbuat xidmətinin rəhbəri Zara Amatuni yaxın vaxtlarda axtarışların Füzuli, Zəngilan, Cəbrayıl və Hardutda aparılacağını söyləyib.
“Azərbaycan cəsədlərin axtarışı üçün icazə verib. Hazırda cəsədlərin axtarışı Hadrut istiqamətində aparılır. Burada 19 cəsəd tapılıb. Beynəlxalq Qırmızı Xaç Komitəsi və Azərbaycan tərəfi arasında danışıqlardan sonra yaxın günlərdə Cəbrayıl, Füzuli və Zəngilan istiqamətində axtarışlar aparılacaq”. modern.az 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !