- Türkiyədə qadağalar sərtləşdirildi

Türkiyədə qadağalar sərtləşdirildi

 "Bütün dünyada sürətlə genişlənən yeni növ koronavirus (COVID-19) infeksiyasının Türkiyədə də yayılması sürətlənib. İnfeksiyadan qorunmaq üçün təmizlik, maska taxmaq və sosial məsafəyə əməl etmək lazımdır. Qaydalara əməl etməklə özümüzün təhlükəsizliyinə kömək edərik".

 

Bu fikirləri Prezident Rəcəb Tayyib Ərdoğan Türkiyə hökumətinin iclasından sonra əhaliyə müraciətində ifadə edib.

 

Türkiyənin COVID-19 infeksiyası ilə mübarizədə sistemli tədbirlər gördüyünü diqqətə çatdıran Prezident Rəcəb Tayyib Ərdoğan vurğulayıb ki, gələn aydan etibarən məlum infeksiyaya qarşı peyvəndin tətbiqi nəzərdə tutulub və peyvəndləmədə ilk sırada səhiyyə işçiləri dayanacaqdır.

 

İnfeksiyanın yayılma təhlükəsindən bəhs edən dövlət başçısı riskləri azaltmaq üçün tətbiq olunan yeni məhdudiyyətlər barədə ictimaiyyəti məlumatlandırıb. Beləliklə, yeni məhdudiyyətlərə əsasən, həftənin ilk beş günü Türkiyə vaxtı ilə saat 21.00-dan 5.00-dək evdən çıxmaq qadağan edilib. Şənbə günü axşam 21-də başlanan “evdə qalmaq” kampaniyası bazar ertəsi saat 5.00-a qədər qüvvədə olacaq. Evdən çıxmaq üçün xüsusi icazəsi olmadığı halda 65 yaşdan yuxarı və 20 və bundan aşağı yaş həddə olan şəxslər ictimai nəqliyyatdan istifadə edə bilməyəcəklər.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !