BDU tələbələrinin yazıçı Elxan Elatlı ilə görüşü keçirilib -

BDU tələbələrinin yazıçı Elxan Elatlı ilə görüşü keçirilib

Bakı Dövlət Universitetinin (BDU) Mexanika-riyaziyyat fakültəsi və Tələbə Həmkarlar İttifaqı Komitəsinin (THİK) təşkilatçılığı ilə yazıçı Elxan Elatlı ilə tələbələrin onlayn görüşü keçirilib.


Universitetin THİK sədri Hacıbaba Mustafayev tədbiri giriş sözü ilə açaraq yazıçı Elxan Elatlınının həyat və yaradıcılığı haqqında məlumat verib. Yazıçının əsərləri və müasir Azərbaycan ədəbiyyatında dedektiv janrda yazılmış müasir ədəbi nümunələrdən bəhs edərək belə görüşlərin keçirilməsinin əhəmiyyətinə diqqət çəkib.


Daha sonra çıxış edən yazıçı Elxan Elatlı tələbələrlə keçirilən görüşdə iştirak etməkdən məmnunluğunu ifadə edib, ali məktəbdə təhsil aldığı müddətdə qazandığı uğurlardan bəhs edib, xatirələrini tələbələrlə bölüşüb, tələbə-gənclərə tövsiyələr verib, onları bədii ədəbiyyat oxumağa dəvət edib. Yazıçı bir sıra əsərlərində tələbəlik illərindəki həyatını qələmə aldığını bildirib.


Zoom platforması üzərindən təşkil edilən görüşdə BDU-nun Mexanika-riyaziyyat, Jurnalistika, Biologiya, Filologiya, Kimya və Şərqşünaslıq fakültələrinin tələbələri iştirak edib.


Görüş tələbələrin suallarının cavablandırılması  və yazıçının əsərlərinin müzakirəsi ilə başa çatıb.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !