Mənə nəfəsli mahnılarınız sevginin ilk göz yaşları kimidir! adlı tədbir keçirilib - - FOTO

“Mənə nəfəsli mahnılarınız sevginin ilk göz yaşları kimidir!” adlı tədbir keçirilib - FOTO

Bakıdakı Rusiya İnformasiya və Mədəniyyət Mərkəzində (RİMM),“Qonağ otağı ədəbiyyatı” layihəsi çərçivəsində “Mənə nəfəsli mahnılarınız sevginin ilk göz yaşları kimidir!” adlı ədəbi bədii gecə keçirilib. Tanınmış şair, yazıçı, publisist, tərcüməçi, ədəbiyyatşünas Aleksandr Blokun 140 illiyinə həsr edilmiş gecədə Bakı Dövlət Universitetinin (BDU) nəzdində fəaliyyət göstərən Rus Mərkəzinin rəhbəri Arzu Məmmədova və Universitetin tələbələri iştirak ediblər.


BDU-nun Rus Mərkəzinin rəhbəri Arzu Məmmədova “Dahi rus şairi A.A.Blokun yaradıcılığının XXI əsrdə aktuallığı” adlı məruzə ilə çıxış edib.


Sonda Filologiya fakültəsinin tələbəsi Nigar Abdullayeva və Jurnalistika fakültəsinin tələbəsi Mariya Eyvazova şairin şeirlərini səsləndiriblər.


Tədbirin sonunda RİMM tərəfindən iştirakçılara rus yazıçı və şairlərinin kitabları hədiyyə edilib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !