İKİNCİ ÖMÜR – yeni bədii film - -FOTO=15

“İKİNCİ ÖMÜR” – yeni bədii film -FOTO=15

Yeni bədii filminin çəkilişlərinə başladıq. “SSP Production” və Alıoğlu Media Qrup tərəfindən güclərimizi birləşdirdik.
Filmin çəkilişləri Gəncə, Şəmkir, Tovuz və Bakıda aparılır.
Bədii filmin çəkilişlərinin əksər hissəsi Tovuz rayonunda yaşayış məkanlarından uzaqda yerləşən dağların uca zirvəsində çəkilib. Təbiətimizin əsrarəngiz gözəlliklərini, gözəl məkanları özündə cəmləşdirən 17 dağin zirvəsində dram janrında çəkilən “İkinci ömür” bədii filmi iqlim dəyşikliyindən, ekologiyanın pozulmasından, insanların saxta qidalar hazırlayaraq xəstəliklərin artıb yayılmasındakı rolundan bəhs edir.
Eyni zamanda, xalqımızın multikultural dəyərlərə sadiq qalması da filmdə öz əksini tapmışdır. Filmdə baş verən hadisələr gerçək həyatdan götürülüb.
Filmin əsas qəhrəmanı sağalmaz xəstəliyə tutulur. Dünyanı gəzir və müalicəsinin olmadığını öyrənir. Bütün həkimlər ona məsləhət görür ki, qalan ömrünü ailəsi, əzizləri ilə birlikdə keçirsin. Amma o, xəstə olduğunu ailəsindən gizlədir və onlardan aralanıb dağlarda yaşayır. O, uşaqlıqa atsını itirir və ağır travma acısını çəkir. Lakin istəmir ki, ailəsi olanları bilib onun çəkdiyi acını çəksin. Həm də istəyir ki, ailəsi indidən onun yoxluğuna alışsın. Onun üçün nə qədər çətin olsa da, o, dağlarda qalıb təmiz havada yaşayır, tər-təmiz bulaqlardan su içib bir müddət oralarda yaşayır və sonda gözlənilməz hadisə olur. O, şəfa tapıb sağalır
Qeyd edək ki, çəkdiyimiz filmlər dünyada böyük marağa səbəb olur. “Şollerin arxivi” bədii filmi Azərbaycan kino tarixində beynəlxalq festivallarda ən çox uğur əldə edən ekran əsərlərindəndir. Dünyanın nüfuzlu təşkilatları istehsal etdiymiz filmləri festivallarda nümayiş üçün dəvət edir. Dünya film bazarında ABŞ, İngiltərə, o cümlədən, “Vimeo”, “Amazon”, “UDU Digital”, “Hollivud” prodüserləri ilə əlaqə məkanı olan “iPitch.tv”-nin 18 film platformasında distribitorlar tərə¬fin¬dən yerləşdirilib. Dünya mediasında filmlərimiz haqda geniş məlumatlar yazılıb.
“Biz kommersiya məqsədi ilə yox, Azərbaycanı dünyada tanıtmaq üçün filmlər çəkirik və istəyimizə də nail oluruq. Filmlərin çəkilişlərini heç bir maddi dəstək olmadan öz hesabımıza istehsal etmişik,”Çəkdiyimiz filmlərin beynəlxalq festivallarda aldığı mükafatların hamısı ssenari mövzusunun ideyasına verilib. Dövlət dəsdəyi olsaydı daha cox ugur eldə edə bilərdik - deyə, filmin ssenari müəllifi, quruluşçu rejissor Cəlaləddin Qasımov bildirib.
Filmin ssenari müəllifi: Cəlaləddin Qasımov
Quruluşçu rejissorlar: Amil Əlioğlu, Cəlaləddin Qasımov
Quruluşçu operator: Murad Nəzərli
Səs rejissoru: Aleksandra İsmayılova
Rejissor assistenti: Bahar Babazadə
Aktyorlar: Əjdər Zeynalov, Flora Hüseynova, Sabir Məmmədov, Rövşən Məmmədov, Amil Əlioğlu  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !