Paşinyan hakimiyyəti təhvil verməyə hazırlaşır -

Paşinyan hakimiyyəti təhvil verməyə hazırlaşır

 Ermənistanın “Past” qəzeti baş nazir Nikol Paşinyanın hakimiyyətdə qalmaq perspektivi ilə bağlı yeni məlumat yayıb.

 

Bir neçə gün öncə Paşinyan “Mənim addımım” fraksiyası ilə parlamentdə görüş keçirib. Gərgin şəraitdə keçən görüşdə Azərbaycan, Ermənistan və Rusiya liderlərinin üçtərəfli razılaşmasının yaratdığı effekt və hökumətin mümkün istefası müzakirə olunub.

“Bizdə olan məlumata görə, deputatların əksəriyyəti “qatarın onlar üçün çoxdan getdiyini” söyləyiblər. Milli Təhlükəsizlik Xidmətinin keçmiş direktoru və “Vətən” partiyasının sədri Artur Vanetsyanın adı yeni hökumət rəhbəri kimi kompromis variant olaraq irəli sürülüb. Çünki keçmiş hakimiyyət nümayəndələri yenidən iqtidara gəlsə, onların qisas almaq ehtimalı yüksəkdir”-deyə “Past” qəzeti yazır.

 

İclasdan sonra Paşinyanın Artur Vanetsyanın yanına öz nümayəndələrini göndərərk hakimiyyəti təhvil verməyin mümükn şərtlərini müzakirə etdiyi əlavə olunub. Qəzet həmin danışıqların nəticələri barədə məlumat əldə edə bilməyib. Modern.az 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !