Bayramova ilə Gözəlova AÇ-nin finalında Qrup yığmamız isə lider mövqeyindədir - -FOTO=3 (İNTİQAM Məmmədov AZpressAZ)

Bayramova ilə Gözəlova AÇ-nin finalında Qrup yığmamız isə lider mövqeyindədir -FOTO=3 (İNTİQAM Məmmədov AZpressAZ)

Dünən Ukraynanın paytaxtı Kiyevdə siniyorlar (böyüklər) və yuniyorlar (yeniyetmələr) arasında bədii gimnastika üzrə Avropa çempionatına start verilib. Gimnastların topla və gürzlərlə çıxışı ilə start götürən çempionatın ilk gününü Azərbaycan təmsilçiləri üçün uğurla hesab etmək olar. Belə ki, şəxsi yarışlara qatılan yuniyorlarımızdan ikisi - Alina Gözəlova və Nərmin Bayramova topla nümayiş etdirdikləri hərəkətə görə hakimlərdən müvafiq olaraq, 21.200 və 19.600 xal alıblar. Bu isə cütlüyümüzün ən yaxşı 8-liyə düşərək finala yüksəlməsinə bəs edib. Bu gün hər iki təmsilçimiz finalda mübarizə aparacaq. Heyəti Ləman Əlimuradova, Zeynəb Hümmütova, Yelizavet Luzan, Məryəm Səfərova və Darya Sorokindən ibarət qrup yığma komandamız isə 5 topla nümayiş etdirdiyi kompozisaya görə hakimlərdən aldığı 34.600 xalla yarışın lideri olub.
İNTİQAM Məmmədov  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !