Azərbaycan millisi 5-ci səbətdə yer alıb -FOTO=2(AZpress.AZ İntiqam Məmmədov)
Bu xəbəri paylaş
FİFA-nın (Beynəlxalq Futbol Federasiyası) rəsmi saytında DÇ-2022-nin 7 dekabr günü Sürixdə püşkatma mərasiminin olması və eləcə də püşkatmadan öncə yığmaların yer aldıqları səbətlər haqda məlumat yayılıb. Yığmalar FİFA-nın reytinq cədvəlindəki mövqelərinə əsasən, 6 səbətdə cəmləşiblər. Baş məqçisi italiyalı mütəxəssi Cani De Byazi olan Azərbaycan millisi Kipr, Farer adaları, Estoniya, Kosovo, Qazaxıstan, Litva, Latva, Andorra və bədnam qonşumuz olan Ermənistanla birlikdə 5-ci səbətda yer alıb.
Digər qruplarda isə aşağıdakı komandalar cəmləşib:
1-ci qrupda: Belçika, Fransa, İngiltərə, Portuqaliya. İspaniya, İtaliya, Xorvatiya, Danimarka. Almaniya və Hollandiya;
2-ci qrupda: İsveçrə, Uels, Polşa, İsveç, Avstriya, Ukrayna, Serbiya. Türkiyə, Slovakiya və Rumıniya;
3-cü qrupda: Rusiya, Macarıstan, İrlandiya, Çexiya. Norveç, Şimali İrlandiya, islandiya. Şotlandiya, Yunanıstan və Finlandiya;
4-cü qrupda: Bosniya-Hersoqovina, Sloveniya. Çernoqoriya. Şimali Makedoniya, Albaniya. Bolqarıstan, İzrail, Belarus, Gürcüstan və Lüksemburq;
6-cı qrupda: Malta, Moldova. Lixtenşteyn, Cəbəllütariq və San-Marino.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş

