Rəcəbov Sonu keçə bilməyib - -FOTO=2(AZpress.AZ İntiqam Məmmədov)

Rəcəbov Sonu keçə bilməyib -FOTO=2(AZpress.AZ İntiqam Məmmədov)

Şahmat üzrə hazırkı dünya şempionu Maqnus Karlsenin (Norveç) təşəbbüsü ilə keçirilən və həmyerlimiz Teymur Rəcəbov da daxil olmaqla 16 qrossmeysterin iştirak etdiyi "Skilling Open" onlayn turnir davam edir. Dünən turnirdə 1\4 final mərhələnin cavab oyunları baş tutub. Təəssüflər olsun ki, bu mərhələ həmyerlimiz üçün uğurlu olmayıb. Beləki amerikalı Uesli So ilə qarrşılaşan Rəcəbov ilk 4 oyunda üstünlük əldə etsə də (2,5:0,5) cavab oyunlarda rəqib pozulmuş statusu bərpa edə bilib (1,5:2,5). Əsas oyunlardan sonrakı blits görüş də qalibi aşkar etməyib - 0,5:0,5. Sonda So armaqeddonla irəli çıxıb - 0,5:0,5.
Rəcəbovun oynamayacağı nəvbəti m\rhələdə Uesli So (ABŞ) - Xikaru Nakamura (ABŞ) və Maqnus Karlsen - Yan Nepomniyaşiy (Rusiya) qarşılaşması olacaq. Turnirə noyabrın 30-da yekun vurulacaq.
İNTİQAM Məmmədov  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !