Faiq İsmayılov : - B Ə Y A N A T

Faiq İsmayılov : B Ə Y A N A T

B Ə Y A N A T


Azərbaycan Respublikasının Prezidenti, Ali Baş Komandan, cənab İlham Əliyevin rəhbərliyi altında Azərbaycan Ordusu Ermənistanın ardıcıl təxribatlarının və yeni işğal planlarının qarşısını almaq, işğal altında olan torpaqlarımızı azad etmək məqsədilə sentyabrın 27-dən etibarən başladığı yürüşü 44 günə zəfərlə başa çatdırdı.
Azərbaycanın bu qələbəsini həzm edə bilməyən bəzi ölkələr Azərbaycana qarşı siyasi müstəvidə təziqlərə, təxribatlara başladılar. Minsk qrupunun üzvü olan Fransa heç bir əsas olmadan işğaldan azad olunan Azərbaycan ərazilərindəki xristian dövrü abidələri azərbaycanlıların ehtimal olunan “təcavüz”ündən qorumağa çağırdı. 19 noyabr 2020-ci il tarixdə isə Rusiyanın bir qrup mədəniyyət xadimi YUNESKO-ya müraciət edərək Dağlıq Qarabağın xristianlıq dövrü memarlıq abidələrini “xilas” edilməsi üçün tədbirlər görməyə çağrış ediblər.
Təsüf hissi ilə qeyd edirik ki, erməni diasporuna satılmış bu adamlar imza atdıqları sənəddə ciddi saxtakarlığa yol veriblər. Təqdim etdikləri sənəddə abidələrin adları təhrif edilib və abidələr haqqında verdikləri məlumatlar heç bir əsası olmayan iftira və yalandan ibarətdir.
Beləki Qarabağ xanlığının 1750-ci ildə inşa etdikləri “Şahbulaq qıfılı” qalasının, Tiqrankert qalası adlandırılması, 15 il öncə ermənilər tərəfindən inşa edilib Vanqasar adlanan bir kilsənin tarixi abidə kimi təqdim edilməsi, Xudavəng, Ki-Tış, Ağoğlan və Amaras kimi, Alban xristianlığının unikal və möhtəşəm nümunələrinin “erməni abidələri” kimi təqdim edilməsi, ilk öncə ziyalı adına ləkə gətirir.
Bildiririk ki, 1988-ci ildən Ermənistan Respublikasının ərazi iddiaları, Suveren Azərbaycan Dövlətinin ərazilərinə təcavüzü və 20% torpaqlarının işğalı ilə nəticələndi.

Dağlıq Qarabağ və ona bitişik ətraf ərazilərin qədim erməni torpaqları olması barədə Ermənistanın qeyri-qanuni iddiasının məqsədi işğal etdiyi Azərbaycanın 20% torpaqlarına sahib olmaq istəyinə haqq qazandırmaq olmuşdur. Məhz buna görə də Ermənistan işğal altında saxladığı Azərbaycan ərazilərində müxtəlif əsrlərə aid olan daşınmaz tarix və mədəniyyət abidələrinin və digər kateqoriyadan olan daşınar mədəni irs nümunələrinin dağıdaraq yox edilməsi və mənimsənilməsi kimi qeyri-qanuni fəaliyyət həyata keçirmişdir.

Hal-hazırda Azərbaycan bütün işğal olunmuş ərazilərini işğaldan azad edib. Lakin, Ermənistan tərəfinin Dağlıq Qarabağın bu ölkəyə birləşdirilməsi ilə bağlı Ermənistan Ali Sovetinin qəbul etdiyi qərarın, Ermənistanın dövlət müstəqilliyi aktında Dağlıq Qarabağın bu dövlətin ərazisi elan edilməsi və digər qanunsuz qəbul edilmiş normativ aktları hələdə öz qüvvəsini saxlayır. Bu Cənubi Qafqazda erməni seperatizminin yenidən közərəcəyini ehtiva edir.

Ermənilər, işğal altında saxladıqları dövrdə Azərbaycan ərazilərində yaşayan yerli azərbaycanlıların normal həyat tərzini zorakı şəkildə pozaraq bu xalqın, mədəni irsini birdəfəlik və ya tədricən yox edilməsini və ya mənimsənilməsini hədəf goturərək, bütün milli mədəni dəyərləri planlı və sistemli bir şəkildə məhv edilməsini və ya mənimsənilməsini həyata keçirdilər.

Daha dəqiq desək, 1510 Mədəniyyət müəsisəsii. O cümlədən; 365 Klub, 761 Kitabxana, 193 Mədəniyyət evli, 2589 tarix və mədəniyyət abidəsini, o cümlədən 1814 memarlıq abidəsinin, 711 arxeoloji abidənin, 64 bağ-park monumental və xatirə abidələri, 310 məbəd, 72 məscid, 199 kurqan, 161 qədim qəbistanlıq, 184 qədim yaşayış yerləri, 165 inanc yeri və ziyəratgah, 39 türbə ermənilər tərəfindən dağıdılaraq yox edildi. 23 muzey, 102 757 muzey eksponatları, 4 Dövlət Rəsm Qalareyası, 376 rəsm əsəri, 4,6 milyon kitab, 13 arxiv, 260 000 arxivləşdirilmiş sənəd, 50 000 ədədən çox vətəndaşların şəxsi kolleksiyalarında saxlanan tarixi əhəmiyyətli ov və məişət əşyaları (xalı, fərməş, palaz, xurcun, tikmə, kəmər, məişət əşyaları və s.) mədəni-irs nümunələri, Ermənistan Respublikasının silahlı təcavüzü nəticəsində dağıdılmış, məhv edilmiş və ya ölkədən çıxarılaraq mənimsənilmişdir.

Ermənistanın təcavüzü və işğalı nəticəsində Azərbaycana konkret maddi və mənəvi zərər vurulmuşdur və bu zərərə görə işğalçı dövlət kimi Ermənistan Azərbaycan qarşısında məsuliyyət daşıyır. Qeyd edildiyi kimi, Ermənistanın Azərbaycana qarşı təcavüzü nəticəsində Azərbaycan torpaqlarının 20%-i işğal edilmiş və bir milyona yaxın insan qaçqın və məcburi köçkün olmuş, Azərbaycanın əhalisinə, ərazisinə, iqtisadiyyatına, mədəniyyətinə, ekologiyasına, bitki və heyvanat aləminə böyük miqdarda maddi və mənəvi zərər vurulmuşdur.

Beləliklə, Ermənistanın Azərbaycana qarşı silahlı təcavüz etməsi, eyni zamanda Azərbaycanın mədəni irsinə qarşı soyqırım cinayətləri törətməsi, işğal edilmiş ərazilərdə etnik təmizləmə siyasəti həyata keçirməsi Ermənistanın tək Azərbaycan qarşısında deyil, bütövlükdə dünya birliyi dövlətləri qarşısında beynəlxalq-hüquqi məsuliyyət doğurduğunu sübut edir.

BMT Baş Assambleyasının 12 dekabr 2001-ci ildə qəbul etdiyi 56/83 saylı “Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti” adlı qətnaməsinə eyni adlı əlavədə göstərilmişdir. Sənədin 28-ci maddəsində göstərilir ki, beynəlxalq hüquqazidd əməllər dövlətin beynəlxalq məsuliyyətinə səbəb olur ki, bu da hüquqi nəticələr doğurur.

“Beynəlxalq hüquqazidd əməllərə görə dövlətlərin məsuliyyəti”nin 31-ci maddəsinə əsasən, məsuliyyət daşıyan dövlət beynəlxalq hüquqazidd əməllər nəticəsində vurduğu zərəri ödəməlidir

Göründüyü kimi, Azərbaycanın Ermənistanın beynəlxalq hüquqazidd əməlləri nəticəsində vurulmuş maddi və mənəvi zərərə görə təzminat almaq hüququ var və bunun üçün müvafiq beynəlxalq-hüquqi mexanizmlər mövcuddur.

Azərbaycanın ona dəymiş zərərin müqabilində müvafiq təzminat almaq hüququna malik olması beynəlxalq təşkilatların o cümlədən İslam Əməkdaşlıq Təşkilatının (İƏT) qərarlarında da təsdiqlənmişdir.

Misal üçün, 13-14 Mart 2008-ci il, Dakar, Seneqal Respublikasında keçirilmiş On birinci Zirvə Görüşündə (“Müsəlman Umması 21-ci əsrdə”), “İslamın müqəddəs yerlərinin qorunması haqqında” 2/11-C (İS) saylı qətnaməsinin 4-cü bəndində İKT “Azərbaycanın ona dəymiş ziyanın müqabilində təzminat almaq hüququna malik olduğunu hesab edir və bu təzminatın ödənilməsi üçün Ermənistanın tam məsuliyyət daşıdığını təsdiq edir”. Eyni məzmunlu müddəalar İKT-nin digər sənədlərində də öz əksini tapmışdır. Məsələn, “Ermənistan Respublikasının Azərbaycan Respublikasına qarşı təcavüzü haqqında” 10/11-P (IS) saylı qətnaməsinin 22-ci bəndində qeyd olunur ki, İKT: “Azərbaycanın məruz qaldığı zərərlərə görə müvafiq kompensasiya hüququ olduğunu hesab edir və bu zərərlərə görə adekvat kompensasiya ödənilməsi məsuliyyətini Ermənistanın üzərinə qoyur”.

 



 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !