Təhsi şöbəsində onlayn konfrans keçirilmişdir - -FOTO=2(AZpress.AZ Ə.Şükürov)

Təhsi şöbəsində onlayn konfrans keçirilmişdir -FOTO=2(AZpress.AZ Ə.Şükürov)

20 noyabr 2020-ci il tarixdə Masallı RTŞ-nin əməkdaşlarının rayonun ümumi təhsil məktəb rəhbərləri və müəllimləri ilə onlayn konfransı keçirilmişdir. Konfransda ümumilikdə 480 nəfərdən çox təhsil işçisi iştirak etmişdir.
Konfransı giriş sözü ilə açan RTŞ-nin müdiri Tariyel Əkbərov başda Ali Baş Komandan İlham Əliyev olmaqla Ordumuzun ll Qarabağ Müharibəsində qazandığı tarixi qələbə, eləcə də Ağdam rayonunun işğaldan azad olunması münasibətilə hamını təbrik etdi, şəhidlərimizə rəhmət, yaralılarımıza Allahdan şəfa dilədi. Ulu öndər Heydər Əliyevin və Qarabağ müharibəsində həlak olmuş şəhidlərimizin xatirəsi bir dəqiqəlik sükutla yad edildi.
Sonra o,Yeni Azərbaycan Partiyasının yaradılmasının 28-ci ildönümü münasibətilə bütün partiya üzvlərini təbrik etdi.
RTŞ-nin müdiri Tariyel Əkbərov koronavirus (COVİD-19) xəstəliyinə yoluxma hallarının kəskin şəkildə artdığı bir vaxtda koronavirusla mübarizədə təhsil işçilərinin daha fəal olmalarının, bu bəla ilə mübarizə məqsədilə RTŞ-nin yaratdığı mobil qruplar tərəfindən vətəndaşlar arasında təbliğat və təşviqat işinin gücləndirilməsinin vacib olduğunu bildirdi. Məktəb rəhbərlərinə tapşırıldı ki, rəhbərlik etdikləri təhsil müəssisələrində təhsil işçiləri,valideyn və şagirdlərlə online konfranslar keçirsinlər və Nazirlər Kabinetinin müvafiq qərarından irəli gələn məsələlərin mahiyyətini onlara izah etsinlər.
Sonra RTŞ-nin müdir müavini Samit İslamov ,,Azərbaycan xalqının tarixi qələbəsinin tədrisdə əks etdirilməsi haqqında “Fəaliyyət Planın təsdiq edilməsi barədə təhsil nazirinin 16 noyabr 2020-ci il tarixli F-512 nömrəli əmrin mahiyyəti və müəyyən edilmiş tədbirlərin icra istiqamətləri, koronovirus pandemiyası (COVİD-19) və hərbi vəziyyətlə əlaqədar olaraq sinif jurnallarının yazılması, şagirdlərin elektron yerdəyişməsi, distant təhsilin (xüsusilə virtual məktəbdə) təşkili barədə məktəb rəhbərlərinə və konfransda iştirak edən müəllimlərə ətraflı məlumat verdi.
Tədbirdə Böyük Xocavar kənd tam orta məktəbinin müəllimi İsaq Zeynalov, Mahmudavar kənd ümumi orta məktəbinin direktoru İsa İbadov, Təzə Alvadı 2 nömrəli kənd tam orta məktəbin direktoru Saleh Hüseynov və başqaları virtual məktəbdə dərslərin keçirilməsi üçün məktəbin özündə Konfransın sonunda iştirakşıları maraqlandıran suallar cavablandırıldı.
ƏLİHÜSEYN ŞÜKÜROV. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !