Zorla erməniləşdirmə - - qısametrajlı sənədli filminin təqdimatı oldu (AZpressAZ+FOTO=38) YENİLƏNDİ

“Zorla erməniləşdirmə” - qısametrajlı sənədli filminin təqdimatı oldu (AZpressAZ+FOTO=38) YENİLƏNDİ

 Bu gün təqdimatı keçirilən qısametrajlı sənədli film (“Zorla
erməniləşdirmə”) işğal olunmuş torpaqlarımızın azad edilməsi ilə eyni
vaxta təsadüf edir. Filmdə yer almış faktların çoxu böyük çətinliklər
hesabına əldə edilmişdir. Onların bir hissəsi üçüncü şəxsdən, xarici
müxbirlərin materiallarından götürülmüşdür. Filmdə barəsində danışılan
abidələrin yerləşdiyi rayon və qəsəbələrə bu gün gediş-gəliş bərpa
olunur və biz görürürk ki, həqiqətən ermənilər Kəlbəcəri zorla
erməniləşdirməklə kifayətlənməyib, təbiətimizə və təbii sərvətlərimizə
qarşı da zor tətbiq etmiş, zəbt olunmuş rayonları sanki xarabalığa
çevirməklə məşğul olmuşlar. Ermənilərin bu əməllərinin ciddi tarixi
kökləri var.

Cənubi Qafqaz torpaqlarının, özəlliklə Azərbaycan ərazilərinin zorla
erməniləşdirilməsinin əsası 1828-ci ildən Çar Rusiyası və erməni
Qriqoryan kilsəsi tərəfindən qoyulmuşdur. Hay ermənilər Azərbaycanın
maddi nemətləri ilə yanaşı, onun tarixi abidələrini, xüsusilə alban
(alpan) kilsələrini də mənimsəməyə başlamışlar. Abır-həya bilməyən bu
şəxsiyyətsiz, şərəfsiz millət qədim Alban dövlətinin onlara məxsus
olduğunu dünyaya yaymaqda davam edir. Şanlı Azərbaycan ordusu
tərəfindən ali baş komandan İlham Əliyevin rəhbərliyi altında 30 ilə
yaxın işğalda qalan torpaqlarımız azad edildikdən sonra ermənilər
alban kilsələrinin Azərbaycan tərəfindən məhv ediləcəyi haqqında
əsassız haray-həşir salıb Rusiyanın sülhməramlı qüvvələrinin onları
qorumasını tələb edirlər. Halbuki ermənilər özləri bu alban
kilsələrini digər tarixi abidələrlə yanaşı, əsrlərdir ki, məhv etməyə
çalışırlar.

QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə yardımı ilə İslam Əməkdaşlıq
Təşkilatına (İƏT) Üzv Dövlətləri Jurnalistləri Assosiasiyasının Vətən
müharibəsi başlamazdan əvvəl iyul-avqust aylarında video lentə aldığı
30 dəqiqəlik “Zorla erməniləşdirmə” filmi bu ciddi məsələyə həsr
edilmişdir.

Filmdə hay ermənilərin alban kilsəsi xaçlarının dəyişdirilməsi,
özünəməxsus təkrarolunmaz arxitektura ilə yaradılmış alban
abidələrinin təmir adı ilə dağıdılıb erməni üslubunda tikilməsi,
erməni xaçkarlarının xüsusi sexlərdə tirajladığı xaçdaşları və nişan
daşlarını Azərbaycan və Gürcüstan ərazilərində - dağ və dərələrdə,
işlək yolların, bulaqların kənarlarında torpağa basdırırlar. Bununla
da guya ermənilərin qədimlərdə bu yerlərdə yaşamış olduqlarını sübut
etməyə cəhd edirlər.

Həmçinin, filmdə məşhur gürcü tarixçisi İlya Çavçavadzenin “Ermənilər
və qan ağlayan daşlar” əsərindən də sitatlar gətirilir: “Hay ermənilər
yerli albanları qriqoryanlaşdıraraq bu əraziləri “hayk ölkəsi”nin bir
hissəsi adlandırırlar”. Bu qısametrajlı filmdə Kəlbəcərdəki Xudavəng,
Xaçınçay sahillərindəki Gəncəsər monastrları, Xocavənd rayonunun
Saruşen kəndindəki iki alban məbədi, Ziyarət dağı ətrafındakı digər
abidələr, Qəbələ rayonunun Nic kəndindəki Müqəddəs Yelisey adına
Sotari kilsəsi və s. haqqında dəyərli məlumatlar verilir. Bu
məbədlərdəki alban rəsm və naxışlarının əksəriyyətinin pozulması,
özündə alban və qədim türk rəmzlərini əks etdirən xaçların
dəyişdirilməsi, alban dövründən qalmış divarlarda tarixi alban
izlərini itirmək üçün üzlük daş örtüklə örtülməsi və s. haqqında
məlumat verilir.

Layihənin rəhbəri İƏT üzv Dövlətləri Jurnalistləri Assosiasiyasının
sədri, fəlsəfə doktoru, şərqşünas Fazil Abbasov, filmin ideya müəllifi
“İrşad” İslam Araşdırmaları Mərkəzinin direktoru, Dini Qurumlarla İş
üzrə Dövlət Komitəsinin keçmiş sədri, fəlsəfə elmləri doktoru,
professor Rafiq Əliyev, ssenari müəllifi Mədəni İrsin Araşdırılması
üzrə ekspert Faiq İsmayılov, məsləhətçisi Alban-Udi Xristian Dini
İcmasının sədri Robert Mobilidir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !