Şəhidlər ölməz ,Vətən bölünməz! - -FOTO=9

Şəhidlər ölməz ,Vətən bölünməz! -FOTO=9

AZpress.AZ xəbər saytının məlumatına əsasən bildiririk ki, 20 Noyabr YAP-nın Yasamal rayon təşkilatında “Şəhidlər Ölməz, Vətən Bölünməz” adlı layihənin media nümayəndələrinə təqdimatı keçirildi. Layihənin rəhbərləri ARİ-nın üzvləri, rəssam, sərgi-tədbir təşkilatçıları Elnurə və Aygün İsgəndərovalar saytımıza verdikləri müsahibədə bizə bildirdilər ki, layihənin təşkilatçıları Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti və Tərxis Olunmuş Hərbçilərin Gəncləri Maarifləndirmə İctimai Birliyidir.
Təqdimatda rəssam, ARİ-nın üzvü, Qarabağ veteranı Şəmsəddin Böyükdüzlünün şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş 40 portreti təqdim olundu. Çıxış edənlərdən YAP Yasamal rayon təşkilatının sədri cənab Tağı Əhmədov bugünkü layihənin 20 noyabr tarixində Ağdam rayonunun Ali Baş Komandanımızın rəhbərliyi altında işğaldan azad olunması və 28 il öncə Ulu Öndər Heydər Əliyevin rəhbərliyi ilə YAP-nın yaranma tarixində təqdim olunması təqdirəlayiqdir. Şəhidlərimizin əziz xatirəsinə həsr olunmuş layihələri ilə hər zaman gənclərimizin Azərbaycançılıq idealogiasında, vətənpərvərlik ruhunda yetişməsində əvəzsiz rolu olan Elnurə və Aygün İsgəndərovalara və portretlərin müəllifi Şəmsəddin Böyükdüzlüyə uğurlar arzuladı.
TOHGM İB-nin sədri Emin Həsənli və şəhidlərin ailə üzvləri xalqımızın zəfər bayramında payları olan şəhidlərimizin belə bir gündə anılması, portretlərinin onlara hədiyyə olunmasının gözəl təşəbüss olduğunu bildirdilər. Xatırladaq ki, portretlərin mərhələli şəkildə şəhidlərimizin ailə üzvlərinə hədiyyə olunması və eləcə də layihənin davamlı olaraq həyata keçirilməsi nəzərdə tutulur.
AZpress.AZ,Minə Türksoy! 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !