AzTU Improtex Trucks & Busses şirkəti ilə əməkdaşlıq memorandumu imzaladı -

AzTU “Improtex Trucks & Busses” şirkəti ilə əməkdaşlıq memorandumu imzaladı

Azərbaycan Texniki Universiteti (AzTU) ilə “Improtex Trucks & Busses” MMC arasında əməkdaşlıq haqqında memorandum imzalanıb.


Sənədi rektor Vilayət Vəliyev və şirkətin direktoru Fərid Abdullayev imzalayıb. Memoranduma əsasən, tərəflər logistika sahəsində elmi-texniki, innovativ və texnoloji yeniliklərin tətbiqi istiqamətində əməkdaşlıq edəcək.


Əməkdaşlıq çərçivəsində şirkət universitetin gənc startapçılarının layihələrinin reallaşdırılması və icrasına dəstək göstərəcək. Bundan başqa, xarici ölkələrin aparıcı ali təhsil müəssisələrinin bu sahə üzrə mütəxəssislərinin qısa müddətli təlimlərin keçirlməsi üçün universitetə dəvət olunması da nəzərdə tutulub. Sənədə əsasən, AzTU-nun bakalavr, magistr, doktorantura pillələrində təhsil alan müasir düşüncəli, mütərəqqi texnologiyaların tətbiqini mənimsəyən tələbələri şirkətdə işlə təmin olunacaq.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !