Yeni tədris ilinin rezidentləri Mərkəzi Gömrük Hospitalında rezidentura təhsillərinə başlayıblar -

Yeni tədris ilinin rezidentləri Mərkəzi Gömrük Hospitalında rezidentura təhsillərinə başlayıblar

Mərkəzi Gömrük Hospitalının Azərbaycan Tibb Universiteti ilə imzaladığı ikitərəfli müqaviləyə əsasən Azərbaycan Tibb Universitetinin məzunları Mərkəzi Gömrük Hospitalında rezidentura təhsili ala bilirlər. Hospitalda rezidentura təhsilinə başlayan hər bir rezident burada fəaliyyət göstərən yüksəkixtisaslı həkimlərin rəhbərliyi altında bilik və bacarıqlarını artırır, gələcəyin peşəkar kadrı olma yolunda qətiyyətlə irəliləyirlər.


2020-ci ildən etibarən rezidentura təhsilinə başlayan Leyla Mamedova  Anesteziologiya və Reanimasiya şöbəsində yüksəkixtisaslı anestezioloq-reanimatoloq Dr.Xəyal Məmmədovun, Nuranə Məmmədova isə eyni şöbədə peşəkar anestezioloq-reanimatoloq Dr.Mehdi Əliyevin rəhbərliyi altında, Güllüxanım Həsənli Mama-ginekologiya şöbəsində t.f.d., mama-ginekoloq Dr.Təranə Bayramovanın, Gülçöhrə Orucova isə eyni şöbədə t.f.d., mama-ginekoloq Dr.Sədi Allahverdiyevin rəhbərliyi altında, Məmməd Əli Şahin Kardiologiya şöbəsində invaziv kardioloq Dr.Samir Mustafayevin rəhbərliyi altında, Leyla Abuşova isə Radiologiya şöbəsində radioloq Dr.Emin Məmmədovun rəhbərliyi altında fəaliyyət göstərəcəklər.
 

Bu münasibətlə Mərkəzi Gömrük Hospitalının rəisi - baş həkim Elman Məmmədov rezidentlərlə görüşüb və onlara Hospitalda olan yeni fəaliyyətlərində uğurlar, təhsillərində nailiyyətlər arzu edib. O, qeyd edib ki, Mərkəzi Gömrük Hospitalında 2018-ci ildən yaradılmış rezidentura təhsilinin əsas məqsədi gələcəkdə işinin peşəkarı, yüksək nəzəri və təcrübi biliklərə malik olan, savadlı həkimlər yetişdirməkdir.


Rezidentlərimizə bir daha uğurlar arzu edirik! Kollektivimizə xoş gəldiniz, əziz Rezidentlər!
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !