AzerGold istiqrazlarının ikinci tranşı üzrə hərrac keçiriləcək -

“AzerGold” istiqrazlarının ikinci tranşı üzrə hərrac keçiriləcək

“AzerGold” Qapalı Səhmdar Cəmiyyəti (QSC) tərəfindən ilk dəfə olaraq dövriyyəyə buraxılan istiqrazların ikinci tranşının yerləşdirilməsi üzrə hərrac keçiriləcək. Ümumi dəyəri 20 milyon ABŞ dolları olan istiqrazlarının ikinci tranşı üzrə buraxılan hissəsi standart bazar seqmentində listinqə daxil edilib. “AzerGold” istiqrazlarının ikinci tranş üzrə 10 milyon ABŞ dolları həcmində olan yerləşdirilməsi Bakı Fond Birjasında rəqabətli hərrac üsulu ilə 30 noyabr tarixində həyata keçiriləcək.


“AzerGold” istiqrazlarının sayı 100 min ədəd, nominal dəyəri 100 ABŞ dolları, illik faiz dərəcəsi  4%, tədavül müddəti 3 il, kupon faizlərinin ödəniş müddəti isə 90 təqvim günü təşkil edir.


Xatırladaq ki, “AzerGold” istiqrazlarının 1-ci tranşının yerləşdirilməsi üzrə hərrac 24 sentyabr 2020-ci il tarixində baş tutub. Sözügedən hərracda “AzerGold” QSC-nin 10 milyon ABŞ dolları məbləğində istiqrazları üzrə 25 milyon ABŞ dollarından yuxarı məbləğdə sifariş toplanaraq tələb təklifi 2.5 dəfə üstələyib.


Qeyd edək ki, maliyyə bazarına növbəti tranş üzrə təklif edilən istiqrazlar qeyri-neft sənayesinin lidelərindən biri olan “AzerGold”un maliyyə mənbələrinin şaxələndirilməsi və yeni layihələrin icrasına yönəldilməsi ilə eyni zamanda ölkənin qiymətli kağızlar bazarının inkişafına töhfə vermək, eləcə də vətəndaşlara mənfəətli və etibarlı investisiya imkanları yaratmağa xidmət edəcək. Bu da öz növbəsində vətəndaşların milli iqtisadiyyat və dağ-mədən sənayesinin inkişafında pay sahibi olmasına əlverişli fürsət yaradacaq.
 


Əlavə məlumat üçün:  https://azergold.az/istiqrazlar
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !