Dr.Telman Aytayev: Gələcəyimizin sağlam olması üçün yenidoğulmuşlarda xoşagəlməz patologiyanın zamanında aşkarlanması zəruridir -

Dr.Telman Aytayev: “Gələcəyimizin sağlam olması üçün yenidoğulmuşlarda xoşagəlməz patologiyanın zamanında aşkarlanması zəruridir”

Mərkəzi Gömrük Hospitalının pediatr neonatoloqu  Dr. Telman Aytayev 19 noyabr tarixində keçirilən “Neonatologiyada Yeniliklər” Beynəlxalq konqresində “Yenidoğulmuşlarda rentgenoloji müayinənin önəmi” mövzusunda təqdimatla çıxış edib. Dr. Telman Aytayev çıxışında  yenidoğulmuşlarda  rast gəlinən bütün xəstəliklərin diaqnozunda rentgenoloji müayinənin əhəmiyyəti  və ağciyərlərinin müayinəsində diqqət edilməsi zəruri olan məqamlar haqqında ətraflı məlumat verib.


Dr.Telman Aytayev bildirib ki, yenidoğulmuşlarda yaranan  respiratuar distres sendromu, tranzitor taxipnoesi, neonatal pnevmoniya, pnevmotoraks, yaş ağciyər xəstəliyi,  ağciyərin anadangəlmə patologiyaları, bronxopulmonar displaziya, mekonium aspirasiya sindromu, kongenital malformasiyalar, diafragma hernisi, abdominal patologiyalar, qaraciyərin kistik anadangəlmə patologiyaları və xüsusən də günümüzün bəlası olan COVİD-19 pandemiyası zamanı yenidoğulmuşun pnevmonyası diaqnozunun zamanında qoyulması çox vacibdir. Belə ki, erkən diaqnoz və müalicə xəstəliyə sonqoyur. Sağlam cəmiyyət üçün sağlam uşaq böyüdək.


Maraqla qarşılanan təqdimat  yenidoğulmuşların  yumşaq toxumaları ve sümükləri, rentgenoloji müayinənin çəkilmə texnikası  ilə bağlı məlumatlarla davam etmişdir. Dr.Telman Aytayev çıxışında real təcrübəmizdən istifadə edərək Mərkəzi Gömrük Hospitalında müayinə olunan balaca pasiyentlərin rentgenoloji görüntlərindən istifadə edərək,  rasltlaşdığı nadir hallar haqqında məlumat verib. Çıxışın sonunda Dr.Telman Aytayev iştirakçıların suallarını cavablandırıb və mövzu ətrafında  müzakirə aparılıb.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !