Beynəlxalq Muğam Mərkəzi Qələbə sevincli videoçarx hazırladı - -VİDEO

Beynəlxalq Muğam Mərkəzi Qələbə sevincli videoçarx hazırladı -VİDEO

Beynəlxalq Muğam Mərkəzi dövlətimizə və ordumuza dəstək məqsədilə hərbi vətənpərvərlik mövzusunda“Qarabağ Azərbaycandır!” adlı videoçarx hazırlayıb.
Layihənin keçirilməsində məqsəd Azərbaycanın ərazi bütövlüyü uğrunda mübarizə aparan igid əsgərlərimizə, ordumuza dəstək nümayiş etdirmək, eyni zamanda, diqqəti vətənpərvərlik hisslərinin təbliğinə, gənclərimizin hər an cəbhəyə getməyə hazır olmasına yönəltməkdir.
Müasir Azərbaycan tarixinin çox mühüm, taleyüklü, zəfər dolu günlərində şanlı Ordumuza dəstək məqsədilə lentə alınan 3 hissəli videoçarxda muğam ifaçıları Ali Baş Komandana və ordumuza dəstəklərini ifadə ediblər. Vurğulanıb ki, Qarabağın azadlığı uğrunda ümummilli həmrəyliyimiz bizi bu xoşbəxtliyə qovuşdurdu. Bu xoşbəxtlik naminə vətən oğullarımız son nəfəsinədək vuruşdu, Qarabağın keçilməz dağlarında qanları ilə tarix yazdı. Torpaqlarımız doğma Azərbaycanına qovuşdu. Dədə-baba torpaqlarımız erməni vandallarının əsarətindən azad olundu.
“Qarabağ Azərbaycandır ! “ videoçarxında Xalq artistləri Ramiz Quliyev, Möhlət Müslümov, Fikrət Verdiyev, Mənsum İbrahimov, Teyyub Aslanov, Munis Şərifov, Gülyanaq Məmmədova, Fəxrəddin Dadaşov və əməkdar artistlər Nuriyyə Hüseynova, Elnur Zeynalov, Səbuhi İbayev, BMM-nin solistləri Rövşən Qurbanov, Könül Xəlilzadə, Səbinə Ərəbli , Elgiz Əliyev və digər xanəndələriin çıxışları yer alıb.
Azərbaycan Silahlı Qüvvələrinin işğaldan azad etdiyi doğma torpaqlarımızdan kadrların da yer aldığı videoçarxın birinci hissəsini BMM-nin Youtube və sosial şəbəkə hesablarından izləmək mümkündür. 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !