Vətən müharibəsinin şanlı zəfəri təhsil müəssisələrində qeyd olunub - - FOTO

Vətən müharibəsinin şanlı zəfəri təhsil müəssisələrində qeyd olunub - FOTO

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin tabeliyindəki ümumi təhsil müəssisələri tərəfindən Vətən müharibəsinin şanlı zəfəri ilə əlaqədar onlayn tədbirlər təşkil olunub.


Vətən uğrunda canlarını qurban vermiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi ilə başlayan tədbirlərdə Azərbaycan Silahlı Qüvvələrinin Ali Baş Komandanı İlham Əliyevin və rəşadətli əsgərlərimizin qətiyyəti sayəsində torpaqlarımızın düşmən işğalından azad edildiyi bildirilib. Bu şanlı Qələbənin əldə edilməsində xalqımızın birliyi və həmrəyliyinin böyük rolu olduğu vurğulanıb.


Çıxış edənlər Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyevin müdrikliyi və böyük sərkərdəlik məharəti sayəsində cəmi 44 gün ərzində torpaqlarımızın azad edilməsi barədə şagirdlərə ətraflı məlumat veriblər.


Onlayn tədbirlərdə şagirdlər vətənpərvərlik mövzusunda şeirlər söyləyib, mahnılar ifa edib və ədəbi-bədii kompozisiyalar nümayiş etdiriblər. Eləcə də şagirdlərin əl işlərindən ibarət onlayn sərgilər təşkil olunub.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !