DİQQƏT! - - xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı əlavə tədbirlər

DİQQƏT! - xüsusi karantin rejiminin müddətinin uzadılması ilə bağlı əlavə tədbirlər

 AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R

Azərbaycan Respublikasının ərazisində xüsusi karantin
rejiminin müddətinin uzadılması ilə bağlı əlavə tədbirlər barədə
“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan
Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1
nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi qeyriyoluxucu
xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması təhlükəsi
yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri tədbirlərin
görülməsi Qaydaları”na əsasən Azərbaycan Respublikasının
Nazirlər Kabineti qərara alır:
1.Koronavirus (COVID-19) infeksiyasının ölkə ərazisində
yayılmasının, onun törədə biləcəyi fəsadların qarşısının alınması
məqsədilə Azərbaycan Respublikasının ərazisində xüsusi karantin
rejiminin müddəti 2020-ci il 28 dekabr saat 06:00-dək uzadılsın.
2.“Xüsusi karantin rejimi ilə bağlı əlavə tədbirlər barədə”
Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 12 sentyabr
tarixli 336 nömrəli Qərarında aşağıdakı dəyişikliklər edilsin:
2.1. 1.1-ci bəndin mətnində “1 dekabr” sözləri “28 dekabr”
sözləri ilə əvəz edilsin;
2.2. 1.1.15-ci yarımbənd aşağıdakı redaksiyada verilsin:
“1.1.15. 2020-ci il 21 noyabr saat 00:00-dan 23 noyabr saat
06:00-dək, 28 noyabr saat 00:00-dan 30 noyabr saat 06:00-dək, 5
dekabr saat 00:00-dan 7 dekabr saat 06:00-dək, 12 dekabr saat
00:00-dan 14 dekabr saat 06:00-dək, 19 dekabr saat 00:00-dan 21
dekabr saat 06:00-dək, 26 dekabr saat 00:00-dan 28 dekabr saat
06:00-dək ictimai nəqliyyatın hərəkətinin dayandırılması;”;
2.3. 1.2.5-ci yarımbənd ləğv edilsin;
2.4. 1.1.15-ci yarımbəndin sonunda nöqtə işarəsi nöqtəli vergül
işarəsi ilə əvəz olunsun və aşağıdakı məzmunda 1.1.16-cı
yarımbənd əlavə edilsin:
“1.1.16. 2020-ci il 21 noyabr saat 00:00-dan 23 noyabr saat
06:00-dək, 28 noyabr saat 00:00-dan 30 noyabr saat 06:00-dək, 5
dekabr saat 00:00-dan 7 dekabr saat 06:00-dək, 12 dekabr saat
00:00-dan 14 dekabr saat 06:00-dək, 19 dekabr saat 00:00-dan 21
dekabr saat 06:00-dək, 26 dekabr saat 00:00-dan 28 dekabr saat
06:00-dək bu Qərarın 1 nömrəli əlavəsində nəzərdə tutulan sahələr
istisna olmaqla, digər sahələrdə və istiqamətlərdə fəaliyyətin
dayandırılması.”;
2.5. 1.3-cü bənddə “23 noyabr” sözləri “7 dekabr” sözləri ilə
əvəz olunsun və həmin bəndə “bu Qərarın” sözlərindən sonra “2
nömrəli” sözləri əlavə edilsin;
2.6. həmin Qərarın əlavəsində “əlavə” sözü “2 nömrəli əlavə”
sözləri ilə əvəz edilsin.
3. Bu Qərar 2020-ci il 21 noyabr saat 00:00-dan qüvvəyə
minir.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri
Bakı şəhəri, 19 noyabr 2020-ci il
№ 450

==========

Azərbaycan Respublikası Nazirlər
Kabinetinin 2020-ci il 19 noyabr
tarixli 450 nömrəli Qərarına
1 nömrəli əlavə
Fəaliyyətinə icazə verilən sahələr


1. hüquq mühafizə, məhkəmə orqanlarının, hərbi xidmət
nəzərdə tutulmuş orqanların və vəkillərin fəaliyyəti;
2. fasiləsiz fəaliyyət göstərən digər dövlət orqanlarının
(qurumlarının) fəaliyyəti;
3. səhiyyə və sosial xidmət müəssisələrinin fəaliyyəti,
dezinfeksiya xidmətləri;
4. kommunal xidmətlər (su, elektrik enerjisi, qaz, istilik, rabitə
və telekommunikasiya, məişət tullantıları), meliorasiya və su
təsərrüfatı fəaliyyəti;
5. fasiləsiz fəaliyyət göstərən müəssisələrin, həmçinin qida
məhsullarının istehsalı, tədarükü, təchizatı, saxlanması və topdan
satışı müəssisələrinin fəaliyyəti;
6. apteklərin, ərzaq mağazalarının (bazarlar və yarmarkalar
istisna olmaqla), yanacaqdoldurma məntəqələrinin fəaliyyəti;
7. kütləvi informasiya vasitələrinin fəaliyyəti;
8. mühafizə xidmətləri.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !