XÜSUSİ KARANTİN REJİMİNDƏ TƏNƏFFÜS YOLLARINI QORUYAN FƏRDİ VASİTƏLƏRDƏN İSTİFADƏ İLƏ BAĞLI ƏLAVƏ TƏDBİRLƏR HAQQINDA -

XÜSUSİ KARANTİN REJİMİNDƏ TƏNƏFFÜS YOLLARINI QORUYAN FƏRDİ VASİTƏLƏRDƏN İSTİFADƏ İLƏ BAĞLI ƏLAVƏ TƏDBİRLƏR HAQQINDA

 AZƏRBAYCAN RESPUBLİKASININ
NAZİRLƏR KABİNETİ
Q Ə R A R


Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi
vasitələrdən istifadə ilə bağlı əlavə tədbirlər haqqında
“Sanitariya-epidemioloji salamatlıq haqqında” Azərbaycan
Respublikası Qanununun 25-ci maddəsinə və Azərbaycan
Respublikası Nazirlər Kabinetinin 2020-ci il 28 fevral tarixli 73-1
nömrəli Qərarı ilə təsdiq edilmiş “Yoluxucu, parazitar və kütləvi
qeyri-yoluxucu xəstəliklərin əmələ gəlməsi, yaxud yayılması
təhlükəsi yarandıqda karantin-təşkilat, profilaktika və digər zəruri
tədbirlərin görülməsi Qaydaları”na uyğun olaraq, Azərbaycan
Respublikasının Nazirlər Kabineti qərara alır:
1. Müəyyən edilsin ki, Azərbaycan Respublikasının
ərazisində yeni növ koronavirus (COVID-19) infeksiyasının
insanlar arasında kütləvi yayılmasının qarşısının alınması
məqsədilə açıq havadakı ictimai yerlərdə tənəffüs yollarını
qoruyan fərdi vasitələrdən (tibbi maska, parça maska, respirator
və sair) istifadə edilməsi məcburidir.
2. Bu Qərarın 1-ci hissəsinin tələblərinin pozulması
Azərbaycan Respublikasının İnzibati Xətalar Məcəlləsi ilə
müəyyən edilmiş məsuliyyətə səbəb olur.
3. “Xüsusi karantin rejimində tənəffüs yollarını qoruyan fərdi
vasitələrdən istifadə tələbləri barədə” Azərbaycan Respublikası
Nazirlər Kabinetinin 2020-ci il 29 may tarixli 189 nömrəli
Qərarında nəzərdə tutulan məhdudiyyətlər bu Qərara zidd
olmayan hissədə öz qüvvəsini saxlayır.
4. Bu Qərar 2020-ci il 21 noyabr tarixindən qüvvəyə minir.
Əli Əsədov
Azərbaycan Respublikasının Baş naziri

Bakı şəhəri, 19 noyabr 2020-ci il
№ 451

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !

https://www.facebook.com/wwwazpressaz
https://www.instagram.com/azpress.az/

=================================================================
=================================================================
=================================================================
 
TƏSİSÇİ və BAŞ REDAKTOR :
R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 
e-mail:  
 
WhatsApp:
https://wa.me/994503311111