Ürək-damar sistemini yaxşılaşdırır, immuniteti gücləndirir -

Ürək-damar sistemini yaxşılaşdırır, immuniteti gücləndirir

Sarımsaq və qırmızı şərab faydalı xüsusiyyətlərini özündə birləşdirir, meydana gələn qarışıq bir çox xəstəliklərin qarşısını alır, qanı təmizləyir, immunitet sistemini gücləndirir, pis xolesterolu aradan qaldırır, ürək-damar sistemini yaxşılaşdırır, bədəndən artıq duzu çıxarır, bədəni gücləndirir, enerjini artırır və müxtəlif infeksiyalara qarşı mübarizə aparır.
Sizə lazım olanlar:
12 ədəd sarımsaq;
1/2 litr keyfiyyətli qırmızı şərab.
Hazırlanması:
Sarımsağın qabığını soyun və yarım litr şərabla şüşə qabda qarışdırın. Marketlərdə satılan Çin sarımsağından istifadə etməməyi məsləhət görürük. Sarımsağın yarı bölə bilərsiniz, bu formada daha güclü təsiri olacaq
Qarışığı qapalı bankada iki həftə günəş işığından uzaq, qaranlıq yerdə saxlayın. Eyni zamanda gündə 2-3 dəfə çalxalayın.
Sonda maye süzülür və qeyri-şəffaf bir qabda saxlanılır.
Bu iksir ildə ən azı iki dəfə edilə bilər. Ay ərzində gündə 2-3 çay qaşığı içirlər. Qadin.az 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !