Azərbaycan İlahiyyat İnstitutunda 17 Noyabr – Milli Dirçəliş Gününə həsr olunmuş videokonfrans keçirilib - - FOTO

Azərbaycan İlahiyyat İnstitutunda 17 Noyabr – Milli Dirçəliş Gününə həsr olunmuş videokonfrans keçirilib - FOTO

Azərbaycan İlahiyyat İnstitutunda (Aİİ) 17 Noyabr – Milli Dirçəliş Gününə həsr olunmuş videokonfrans keçirilib. “Microsoft Teams” proqramı üzərindən təşkil olunan videokonfransda Aİİ-nin rektoru, rəhbər heyəti, müəllimlər və tələbələr iştirak ediblər.


Aİİ-nin rektoru, ilahiyyat üzrə fəlsəfə doktoru Aqil Şirinov çıxış nitqi ilə videokonfrans iştirakçılarını salamladıqdan sonra, Qələbə münasibətilə görüş iştirakçılarını təbrik edib. Ali Baş Komandan İlham Əliyevin başçılığı ilə Müzəffər Azərbaycan Ordusunun qəhrəmanlıqlarından bəhs edib, şəhidlərə Allahdan rəhmət, yaralı qazilərə şəfa diləyib.


Videokonfransda çıxış edən AMEA akademik Ziya Bünyadov adına Şərqşünaslıq İnstitutu Şərq-Qərb şöbəsinin müdiri, Aİİ-nin dosenti, ilahiyyat üzrə fəlsəfə doktoru Məmmədəli Babaşlı Milli Dirçəliş Gününün Azərbaycan tarixində özünəqayıdışın başlanğıcı, tarixi gün olduğunu bildirib. Milli Dirçəliş Gününə qədər baş vermiş tarixi hadisələr barədə ətraflı məlumat verən M.Babaşlı ulu öndər Heydər Əliyevin Azərbaycan dövlətçiliyinin möhkəmləndirilməsində və müstəqilliyimizin qorunmasında misilsiz tarixi xidmətlərindən bəhs edib. Milli dirçəlişdən milli tərəqqiyə doğru uzanan tarixi yolun başlanğıcının qoyulduğunu vurğulayan Məmmədəli Babaşlı Dağlıq Qarabağda qazanılan qələbənin birliyin və bərabərliyin nəticəsi olduğunu diqqətə çatdırıb.


Videokonfrans digər iştirakçıların və tələbələrin qarşılıqlı müzakirəsi ilə davam edib.

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !