Regionlarda onlayn musiqili ustad dərslərinin təşkili layihəsinin icrasına başlanmışdır. - -FOTO=3

“Regionlarda onlayn musiqili ustad dərslərinin təşkili” layihəsinin icrasına başlanmışdır. -FOTO=3

Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurasının , Mədəniyyət Nazirliyinin və ″Skandinaviya Ölkələri İlə Mədəni və Elmi Əlaqələr″ ictimai birliyi ilə birgə, Ü.Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanologiya və Akustika” elmi - tədqiqat laboratoriyasının alim heyəti, elm və musiqi xadimləri, tanınmış musiqişünaslarının iştirakı ilə, Azərbaycanın şimal bölgəsinin uşaq musiqi məktəblərinin müəllimləri ilə onlayn rejimdə “Regionlarda onlayn musiqili ustad dərslərinin təşkili” layihəsinin ilk iclası keçirilmişdir.
İclası giriş sözləri ilə açıq elan edən BMA-nın elmi-tədqiqat laboratoriyasının müdiri, sənətşünaslıq üzrə fəlsəfə doktoru, dosent Nuridə İsmayılzadə layihə çərçivəsində Azərbaycanın regionlardakı uşaq musiqi məktəblərinin şagirdləri üçün - xanəndə, tar və kamança üzrə ustad dərslərinin əyani şəkildə keçirilməsinin nəzərdə tutulmasını qeyd etmişdir. Lakin hal-hazırki pandemiya ilə əlaqədar olaraq ustad dərslərinin onlayn rejimdə keçirilməsinin labüdlüyünü diqqətə çatdırmışdir.
N.İsmayılzadə layihənin həyata keçirilməsimdə yaxından iştirak etmiş Xaçmaz Regional İdarəsinin rəisi Nazim Ağayevin və məsləhətçisi Fərid Musayevin xüsusi zəhmətlərini vurğulamışdır.
Daha sonra çıxış üçün söz BMA-nın elm və yaradıcılıq işləri üzrə prorektoru, f.e.d.,professor Gülnaz Abdullazədəyə verilmişdir. Gülnaz Abdullazadə layihənin önəmliyini vurğulayaraq, Ü.Hacıbəyli adına BMA-da ilk dəfə keçirilməsini bildirdi. Ustad ifaçılar regionlarda yaşayan uşaq musiqi məktəblərinin müəllimlərinə, habelə, istedadlı gənclərimizə onlayn musiqili ustad dərsləri, təlimlər keçərək onların yaradıcılığına dəstək olacaqlar.
Ustad dərsləri Ü.Hacıbəyli adına BMA-nın elmi-tədqiqat laboratoriyasının əməkdaşları, tanınmış sənətkarlardan Xalq artisti, professor Ramiz Quliyev (tar), əməkdar incəsənət xadimi, sənətsünaslıq üzrə fəlsəfə doktoru, professor Arif Əsədullayev (kamança), Xalq artisti , professor Zümrüd Məmmədova (xanəndə) ixtisas fənnlər üzrə region müəllim və şagirlərinə keçəcəklər. Bu münasibətlə çıxış edən ustadlar görüləcək işlər barədə ətraflı məlumatlar verdilər və layihə çərçivəsində bütün bilik və təcrübələrini əsirgəməyəgəklərini vurğuladılar.
İclasda iştirak edən Azərbaycanın şimal bölgəsinin Xaçmaz, Xudat, Quba, Şabran və Qusar rayonlarının uşaq musiqi məktəblərinin müəllimləri: (tar) Həkimov Məmmədşah, İsgəndərov Tural, Qubadov Elnur, Neymətov Müşviq, Xeyirov Rəhman, Ağayev Fayiq, (kamança) Cəfərova Bilqeyis, Rəhmanova Şəfiqə, (xanəndə) Zalova Cəmilə, Səlimov Əlövsət, Mustafayev Eldar ,(qarmon) Həsənov Roman – ayrı-ayrılıqda hər biri çıxış edərək layihənin xüsusilə regionlar üçün mühüm əhəmiyyət kəsb etdiyini vurğuladılar. Çıxışlar zamanı müxtəlif təkliflər irəli sürüldü: tar, kamança və xanəndə ixtisas dərslərinin keçirilməsində vahid dərs proqramının, metodikanın olmasının önəmliyi; torpaqlarımızın erməni işğalından azad olması, Böyük Qələbəmiz münasibəti ilə bəstəkarlarımızın tar və kamança alətləri üçün qələbə marşlarının yazılmasının önəmliliyi, radio və televiziyada muğam verlişlərinin açılmasının vacibliyi və s.
Sonda layihə çərçivəsində ustad dərslərin cədvəli planlaşdırıldı və iştirakçılara “ZOOM” proqramı vasitəsilə təşkil olunacaq dərslərin cədvəlinin göndərilməsi bildirildi.
Sənətşünaslıq üzrə fəlsəfə doktoru, böyük elmi işçi Mehparə Rzayeva 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !