Koronavirusun yeni mərhələsi - Həkimlərin vacib xəbərdarlığ!!

Koronavirusun yeni mərhələsi Həkimlərin vacib xəbərdarlığ!!

"Uşaqlarda COVID-19 infeksiyasının yüngül keçməsi fikri əvvəlki statistik göstəricilərə görə idi. Əvvəlki statistikaya görə, 18 yaşdan kiçik xəstələr ümumi xəstə sayının 2%-ni təşkil edirdi. Onların da 6%-i xəstəxanalıq olurdu. Amma bu ilin aprel ayından uşaqlarda koronavirusun çox ağır keçməsi, Kavasaki xəstəliyinə bənzər xarakteristikada rast gəlinməsi barədə məlumatlar yayıldı. Bu cür ağır gedişli COVID-19 infeksiyası uşaqlarda təzəlikcə MİS-C adlandırıldı. Yəni "multisystem inflammatory syndrome in children"".

Bu sözləri anestezioloq-reanimatoloq Şahin Məmmədov deyib. Həkim bildirib ki, MİS-C-nin diaqnostik kriteriyaları aşağıdakılardır:

1) Davamlı 38-dən çox qızdırma

2) Laborator olaraq iltihab əlamətləri

3) Klinik ağır gedişli xəstəlik- xəstəxanaya gətirməyə məcbur olmaq

4) Multisistem- yəni 2-dən artıq orqanın funksiyasında pozulma

5) COVID-19 testi ya müsbətdir, ya da təzəlikcə koronavirusa görə müalicə alıb

6) Xəstəliyi başqa patologiya ilə izah edə bilməmək

İngiltərədə aparılmış tədqiqat nəticəsində məlum olub ki, bütün MİS-C uşaqlarda

Qızdırma 100%

Qarında ağrı 31%

Diareya 52%

Dəridə səpki 52%

Qusma 26%

Limfa düyünləri cəlbi 16%

Əl və ayaqların ödemləşməsi 16% rast gəlinib.

Koronalı uşaqlarda Mis-C-nin altda yatan səbəbi hələ ki, tam məlum deyil, amma immun sisteminin qüsurlu olması düşünülür. PCR testi neqativ olduğu halda bəzi uşaqlarda qanda seroloji testin + olması da qüsurlu immunitet ilə izah edilir.

MİS-C-li uşaqlar intravenoz immunoqlobulin, aspirin, kortikosteroidlər və immunmodulyatorlarla müalicə edilir. Baxmayaraq ki, bu müalicə çox vaxt effekt verir, amma həkimlərə xəstələrin yarısında şokun inkişafı, intensiv terapiya və inotrop (təzyiq qaldıran dərmanlar) dəstəyinə ehtiyac ola bilməsi xəbərdarlığı edilir.Publika.az

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !

https://www.facebook.com/wwwazpressaz
https://www.instagram.com/azpress.az/

=================================================================
=================================================================
=================================================================
 
TƏSİSÇİ və BAŞ REDAKTOR :
R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 
e-mail:  
 
WhatsApp:
https://wa.me/994503311111