Zəfər sənindir, Azərbaycan Əsgəri! - - FOTO

Zəfər sənindir, Azərbaycan Əsgəri! - FOTO

Azərbaycan Ordusunun işğal altındakı ərazilərimizin azad edilməsi uğrunda yazdıqları qəhrəmanlıq tarixi əsrlər boyu yaddaşımızdan silinməyəcək. Vətən müharibəsində dövlətimiz və Ordumuzun əldə etdiyi müvəffəqiyyətlər, qazanılan Qələbə hər birimizə misilsiz qürur hissi bəxş edir. Azərbaycan Dövlət Reklam Agentliyi olaraq bu sevinci xalqımızla paylaşmağa davam edirik. Özündə Qələbə əzmimizin qürurunu əks etdirən afişaların açıq məkandakı reklam lövhələrində yayımı davam etdirilməkdədir. Artıq paytaxtla yanaşı regionlarda da şanlı tariximizi əks etdirən 1000-ə yaxın paylaşım edilib. ADRA-nın təşviqi və təşəbbüsü ilə açıq məkandakı reklam lövhələri ilə yanaşı, şəxsi ticarət və iaşə obyektlərinin ön hissələrində də milli vətənpərvərlik ruhunu əks etdirən afişaların yayımı həyata keçirilməkdədir. Xalq, dövlət və ordu birliyinin möhtəşəm vəhdətini nümayiş etdirən afişaları paylaşan hər bir sahibkara Agentlik adından təşəkkürümüzü bildiririk.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !