Hemlton Şumaheri haqladı - FOTO=2 (AZpressAZ İntiqam Məmmədov)

Hemlton Şumaheri haqladı FOTO=2 (AZpressAZ İntiqam Məmmədov)

Ötən həftəsonu Türkiyədə formula-1 üzrə dünya çempionatının sayca 14-cü olan növbəti Qran-Pri yarışı keçirilib. Yağışlı hava şəratində keçən bu mərhələ yarışı da "Mersedes"in britaniyalı pilotu Lyuis Hemltonun qələbəsi ilə başa çatıb. Bununla da cari mövsümdə indiyədək keçirilən 14 Qran-Pridən 11-ni udan Hemlton aktivindəki xalların sayını 307-yə çatdırmaqla bütün rəqibləri üçün əlçatmaz olub və çempionatın başa çatmasına hələ 3 mərhələ yarışı qalmış dünya çempionu adını özünə təmin edib. İndi onun ən yaxın izləyicisi olan öz komanda yoldaşı Valtteri Bottasın aktivində 197 xalı var. Bu isə o deməkdir ki, çempionatın qalan 3 Qran-Prisini Bottas udsa belə (75 xal toplasa) yenə də Hemltona çata bilməyəcək. Hətta Hemlton yarışlara qatılmasa belə. Maraqlıdır ki, çempionluq titulunun sayına görə əfsanəvi Mixael Şumaxer kimi 7-ci dəfə dünya çempionu adını qazanan Hemlton bəzi göstəricilərinə görə, hətta Şumaheri geridə qoymağı da bacarıb. Belı ki, Şumaher bütün karyrasında 91 Qran-Prini udduğu halda, Hemlton 94 dəfə Qran-Prinin qalibi olub. Bir məqamı da qeyd edək ki, britaniyalı pilot bu qələbələrin 74-nü "Mersedes"in heyətində qazanıb. Amma bununla belə, Hemlton üçün hələ əlçatmaz olan bir sıra rekordlar da var.
İNTİQAM Məmmədov  

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !

https://www.facebook.com/wwwazpressaz
https://www.instagram.com/azpress.az/

=================================================================
=================================================================
=================================================================
 
TƏSİSÇİ və BAŞ REDAKTOR :
R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 
e-mail:  
 
WhatsApp:
https://wa.me/994503311111