Kimisi sevindi, kimisi də üzüldü - FOTO=2 (AZpressAZ İntiqam Məmmədov)

Kimisi sevindi, kimisi də üzüldü FOTO=2 (AZpressAZ İntiqam Məmmədov)

Azərbaycanın qadın volebolçulardan ibarət yığmasının legioner həyatı yaşayan üzvlərindən bir neçəsi hazırda şərəfini qoruauqları xarici klubların heyətində növbəti oyunlarına çıxıblar. Bunlardan kimsə qələbəyə sevinib, kimsə də məğlubiyyətə üzülüb. Qələbə sevincini yaşayan hazırda "Lipetsk" klubunda forma geyinən Kristina Yaqubova olub. Belə ki, Rusiya Superliqasının 11-ci turunda "Tula"nı qəbul edən "Lipetsk" meydanı 362 hesablı qələbə ilə tərk edib. Maraqlıdır ki, 11 turdan sonra aktivinə 11 xal yazdıran "Lipetsk" yarış cədvəlində 14 komanda arasında 8-ci pillədə yer alıb. Yeri gəlmişkən, yığmamızın Rusiya Superliqasında çıxış edən digər üzvü - Marqarita Əziziovanın şərəfini qoruduğu "Minçanka" klubu isə bu turda da meydana çıxmayıb. İndiyədək cəmi 4 oyun keçirən "Minçabka" əvvəlki kimi yenə də sıfır xalla sonuncu - 14-cü yerdədir.
Yığmamızın kapitanı - Ayişə Abduləzimova isə məğlubiyyətlə üzləşib. Onun formasını geyindiyi "Sarıyer" klubu mübarizə apardığı Türkiyə çempionatının 16-cı turu çərçivəsində öz meydanında "Türk Hava Yolları" klubu ilə qarşılaşıb.
Görüş "Türk Hava Yolları"nın quru hesablı qələbəsi ilə başa çatıb - 0:3. Görüşdə kapitanımız özünün və komandasının aktivinə cəmi 3 xal yazdıra bilib ki, bu da işə yaramayıb. Qeyd edək ki, geridə qalan 16 turdan sənra 17 xal toplayan "Sarıyer" yarış cədvəlində 11-ci pillədə yer alıb.
İNTİQAM Məmmədov 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !