Regionlarda onlayn musiqili ustad dərslərinin təşkili adı altında layihənin icrasına başlanmışdır. -

“Regionlarda onlayn musiqili ustad dərslərinin təşkili” adı altında layihənin icrasına başlanmışdır.

″Skandinaviya Ölkələri İlə Mədəni Və Elmi Əlaqələr″ ictimai birliyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi Şurası və Mədəniyyət Nazirliyi tərəfindən keçirilən qrant müsabiqəsinin qalibi olmuşdur. “Regionlarda onlayn musiqili ustad dərslərinin təşkili” adı altında layihənin icrasına başlanmışdır. Layihənin ərsəyə gəlməsində Ü. Hacıbəyli adına Bakı Musiqi Akademiyasının “Şifahi ənənəli Azərbaycan professional musiqisi və onun yeni istiqamətlərinin tədqiqi: Orqanoloqiya və Akustika” elmi tədqiqat laboratoriyasının alim heyəti, musiqi xadimləri yaxından iştirak edir. Həmçinin tanınmış sənətkarlardan xalq artistləri Zümrüd Məmmədova (xanəndə), Ramiz Quliyev (tar), əməkdar incəsənət xadimi Arif Əsədullayev (kamança) ixtisas fənnlər üzrə region müəllim və şagirlərinə onlayn ustad dərsləri keçəcəklər.

Layihə çərçivəsində ustad ifaçılar regionlarda yaşayan istedadlı gənclərimizə onlayn musiqili ustad dərsləri, təlimlər keçərək onların yaradıcılığına dəstək olacaq. Layihə qalib elan edildikdən sonra Azərbaycanın minimum 2 rayon mərkəzi musiqi məktəbləri ilə danışıqlar aparılacaq onlar vasitəsi ilə ətraf rayon və kəndlərdən də istedadlı musiqiçilər onlayn dərslərə cəlb ediləcəkdir. Layihə ustadlarla region məktəb müəllimləri arasında 2 onlayn görüş və tedris metodikası üzrə müzakirə ilə başlayacaq. Ardından onlayn şəkildə Şamaxı və Xaçmaz rayon şagirdlərinə ayrılıqda 2 ustad tərəfindən cəmi 4 musiqi dərsləri keçiriləcək. Yəni layihəyə 2 pedaqoq tərəfindən hər region şagirdlərinə 2 dərs və müəllimlərlə cəmi 2 onlayn müzakirə daxildir. Dərslərdə region müəllimlərinin də iştirakı sərbəstdir.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !