FUTBOL- Real" Mbappeni "qapmaq" üçün pusquda durub - İNTİQAM təqdim edir (Azpress.AZ)

FUTBOL- Real" Mbappeni "qapmaq" üçün pusquda durub İNTİQAM təqdim edir (Azpress.AZ)

 Fransanın "PSJ" klubu hazırda bu klubun formasını geyinən və 2021-ci ilədək müqaviləsi olan gənc forvard Klian Mbappe ilə qüvvədə olan müqaviləni uzatmaq uçun variantlar axtarır. Bu arada Mbappeni gözaltı edən Madrid "Real"ı isə pusquda durmuş kimi vəziyyətin gedişini diqqətlə izləyir. Mbappe ilə "PSJ"-nin gələn ilin yayında anlaşa bilməyəcəyinə ümid edən "Kral klubu" 21 yaşlı forvardı düşərgəsinə qatmaq üçün 180 milyon avrodan keçməyə razı olduğunu belə gizlətməyib. "As" informasiya portalının yaydığı məlumata görə, Mbappe indiyədək Fransa klubunun təklifindən 3 dəfə imtina edib. Lakin, "PSJ" futbolçu ilə yeni müqavilə bağlamağa nail olarsa, onda "Real"ın istəyi istək olaraq da qalacaq. Bununla belə madridlilər MBappeni əldə etmək üçün məbləği 222 milyona da çatdıra bilər. Hansı ki, bu məbləğə "PSJ" Neymarı "Barselona"dan ala bilmişdi.

İNTİQAM Məmmədov

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !