FUTBOL- Bayer"in havbeki Palasios 3 meydana çıxa bilməyəck - İNTİQAM təqdim edir (Azpress.AZ)

FUTBOL- Bayer"in havbeki Palasios 3 meydana çıxa bilməyəck İNTİQAM təqdim edir (Azpress.AZ)

 Almaniyanın "Bayer" klubunun Argentinadan olan 22 yaşlı havbeki Eksekiel Palasios 3 ay yaşıl meydana çıxa bilməyəcək. Buna səbəb DÇ-2022-nin seçmə oyunları çərçivəsində keçirilən və 1:1 hesabla başa çatan Argentina - Paraqvay matçında onurğa sütunundan ciddi zədə almasıdır. O, bəlli matçın 29-cu dəqiqəsində rəqib komandanın forvardı Anxel Romero ilə top uğrunda mübarizədə aldığı zədəyə görə meydanı xərəkdə tərk edib. Həkimlərin rəyinə görə Palasiosun onurğa sütununda 3 qığırdaq sınıb. Bu isə onu 3 ay yaşıl meydandan kənarda qalmağa məcbur edəcək.

İNTİQAM Məmmədov

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !