“Qarabağ – hər kəsin ortaq arzusu” – ƏSA Teatrından video-çarx
Bu xəbəri paylaş
Əlilliyi olan və olmayan aktyorlardan ibarət Azərbaycan Respublikasının ilk inklüziv teatrı olan ƏSA Teatrı “Qarabağ – hər kəsin ortaq arzusu” adlı sosial video-çarx hazırlayıb. Video-çarx teatrının aktrisası Günay Məmmədova, aktyorlar İmran Lalayev və Rəsul Zəkiyev iştirak edib.
Ən yaxın zamanda ölkəmizin işğaldan azad olunan bölgələrinə gedərək, arzularını reallaşdırmaq istəyən video-çarx iştirakçıları, Qarabağ sevgisinin və həsrətinin xalqımızın hər bir nümayəndəsində olduğunu və arzularımız fərqli olsa da, bu arzuların ünvanının bir olduğunu vurğulayır.
Bu xəbəri paylaş
Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən www.AZpress.AZ saytına istinad zəruridir !