FUTZAL- Yığmamıza AÇ-2022-də Türkiyə deyil, Yunanıstan rəqib olub - İNTİQAM təqdim edir (Azpress.AZ)

FUTZAL- Yığmamıza AÇ-2022-də Türkiyə deyil, Yunanıstan rəqib olub İNTİQAM təqdim edir (Azpress.AZ)

Futzal üzrə AÇ-2022-nin pley-off mərhələsində cavab oyunları keçirilib. Bu oyunlardan sonra AÇ-2022-nin 3-cü qrupunda yer alan Azərbaycan yığmasının sonuncu rəqibi də bəlli olub. Bu Yunanıstanla Türkiyə arasında baş tutan və 1:1 hesabla bitən qarşılaşmadan sonra bəlli olub. Xatırladaq ki, Türkiyədə keçirilən ilk oyunda 3:3 hesabı qeydə alındığından, yığmamızın rəqibi Yunanıstan olub. Beləliklə, baş məşqçisi braziliyalı mütəxəssis Joze Alesio olan yığmamız yer aldığı 3-cü qrupda Yunanıstan, Slovakiya və Moldova millisi ilə birlikdə mübarizə aparacaq.
İNTİQAM Məmmədov

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !