GİMNASTİKA- Yığmamız AC-də iştirak edəcək heyəti açıqlayıb - İNTİQAM təqdim edir (Azpress.AZ)

GİMNASTİKA- Yığmamız AC-də iştirak edəcək heyəti açıqlayıb İNTİQAM təqdim edir (Azpress.AZ)

 Xəbər verdiyimiz kimi, 9-13 dekabr günlərində Mersində (Türkiyə) kişilər, 17-20 dekabr günlərində isə eyni məkanda qadınlar arasında idman gimnastikası üzrə nəvbəti Avropa çempionatı keçiriləcək. Hər iki yarışda Azərbaycan idmançıları da mübarizə aparacaqlar. AGF-dən (Azərbaycan Gəmnasika Federasiyası) verilən məlumata görə kişilərin yarışında idmançılarımızdan Murad Ağarzayev, Sərvər Əliyev, Cavidan Babayev, Ağamurad Qəhrəmanov, İvan Tixonov, Anar Həsənov, Rəsul Əhmədzadə, Səməd Məmmədli, Mənsum Səfərov və Ramin Dəmirov bacarığını nümayiş etdirəcək. Bu yarışda 20 ölkədən 63 sinyor və 60 yuniyor iştirak edəcək. Zəriflərin yarışına gəlincə, Marina Nekrasova, Samirə Qəhrəmanova və Milanu Minakovski triosunun qatılacağı turnirdə 16 ölkəni təmsil edən 46 sinyora və 44 yuniyorka mübarizə aparacaq.
İNTİQAM Məmmədov

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !