TENNİS - Tennisçilərin yekun turnirində kimlər "döyüşəcəklər" İNTİQAM təqdim edir (Azpress.AZ)
Bu xəbəri paylaş
Bu həftənin bazar günü Böyükbritaniyanın paytaxtı Londonda kişi tennisçilərin yekun turnirinə start veriləcək. Turnirdə dünyanın ən güclü 8 raketka ustası (reytinq cədvəlində Top-8-də yer alanlar) iki qrupda (Tokio-1970 və London - 2020) mübarizə aparacaqlar. Tokio-1970-də Novak Cokoviç (reytinq cədvəlində 1-ci), Daniil Medvedev (№4), Aleksandr Zverev (№6) və Dieqo Şvartsman (8), London-2020 qrupunda isə Rafael Nadal (№2), Dominik Tim (№3), Stefanos Tsitsipas (№5) və Andrey Rublev (№7) yer alıb.
Turnirin ilk gününün təqvimi də bəllidir. Turnirə noyabrın 15-də saat 17-də Tsitsipasla Timin qarşılaşması ilə start veriləcək. Saat 23-də isə Rublev Nadalla üzləşəcək. Ertəsi gün isə, saat 17-də Cokoviç Şvartsmanla, saat 23-dəsə Medvedev Zverevlə qarşılaşacaq.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
