FUTBOL -Salah koronavirusa yoluxub
Bu xəbəri paylaş
"Liverpul" klubunun misirli forvardı Mohamed Salah dünyanı cənginə alan koronavirusa (COVİD-19) yoluxub. Salah Misir millisinin düşərgəsində olarkən testdən keçib və onun virusa yoluxduğu bəli olub. Bundan sonra Misir millisinin bütün oyunçuları testdən keçib. Lakin heç kəsdə virus aşkarlanmayıb. Amma Misir milisindən fərqli olaraq, Salahın hazırda çıxış etdiyi "Liverpul"un heyətində bundan öncə Tiaqo Alkantara. Sadyo Mene, Nabi Keyta, Cerdan Şakiri və Kostas Tsimikas yeni COVİD-19-a yoluxmuşdu. Qeyd edək ki, Salah noyabrın 21-də baş tutacaq "Liverpul" - "Lester" matçinda iştirak etməyəcək.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən www.AZpress.AZ saytına istinad zəruridir !