Füzuli rayonunun işğaldan azad olunmuş Qarğabazar kəndində Şərq çinarları əkilib - - FOTO

Füzuli rayonunun işğaldan azad olunmuş Qarğabazar kəndində Şərq çinarları əkilib - FOTO

Türkiyə Cümhuriyyəti Tarım və Orman Bakanlığının təşəbbüsü ilə “Gələcəyə nəfəs ol!” şüarı altında keçirilən kütləvi ağacəkmə aksiyası çərçivəsində Ekologiya və Təbii Sərvətlər Nazirliyinin təşkilatçılığı ilə Azərbaycanın bütün bölgələrində olduğu kimi Füzuli rayonunun işğaldan azad olunmuş Qarğabazar kəndinin ərazisində də ağac əkilib. Bunu jurnalistlərə Nazirliyin mətbuat katibi İradə İbrahimova bildirib.


O qeyd edib ki, ETSN-nin əməkdaşları tərəfindən ərazidə əsasən Şərq çinarları əkilib və palıd toxumları səpilib.
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !