DTX-nın işğaldan azad olunmuş rayonlarda şöbələri fəaliyyətə başladı -

DTX-nın işğaldan azad olunmuş rayonlarda şöbələri fəaliyyətə başladı

 Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin “Azərbaycan Respublikasının işğaldan azad olunmuş ərazilərində müvəqqəti xüsusi idarəetmənin təşkili haqqında” 29 oktyabr 2020-ci il tarixli Fərmanına uyğun olaraq, Dövlət Təhlükəsizliyi Xidmətinin Cəbrayıl, Zəngilan, Füzuli, Qubadlı rayonlarında və Xocavənd rayonunun Hadrut qəsəbəsində yerli şöbələri xidmətə başlayıb.

 

DTX-nın İctimaiyyətlə əlaqələr şöbəsindən verilən məlumata görə, Şuşa şəhərinin strateji əhəmiyyəti nəzərə alınaraq, DTX-nin Şuşa şəhər idarəsi təsis edilmiş və yaxın günlərdə onun fəaliyyəti təmin olunacaq.

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !