Brilliant, Tünzalə və Sevda Ələkbərzadə Əsgər marşını oxudular -

Brilliant, Tünzalə və Sevda Ələkbərzadə Əsgər marşını oxudular

Musiqisi Cavanşir Quliyev, sözləri Əli Kamiyə aid "Əsgər marşı" əsəri növbəti dəfə ekranlaşdırılıb.

"ADDIM" Gənclər Təşkilatı ""Optimal" Electronics"-in dəstəyi ilə Azərbaycanın müzəffər ordusunun II Qarabağ müharibəsindəki böyük qələbəsi münasibətilə yeni layihəyə imza atıb.

Məlumata görə, layihədə xalq artistləri Brilliant Dadaşova, Tünzalə Ağayeva, Sevda Ələkbərzadə sözügedən musiqiyə yeni nəfəs veriblər.

"ADDIM" Gənclər Təşkilatının rəhbəri Hüseyn Cavadzadə ... saytına açıqlamasında bildirib ki, layihənin ideya müəllifi Rusiyada yaşayan həmyerlimiz, yazıçı Sabit Əliyevdir: "İdeya yazıçı ilə söhbətimiz zamanı təsadüfən yarandı. Və hər iki tərəf maraqla qarşıladı. Ona görə də düşündük ki, ən qısa zamanda gerçəkləşdirməliyik. Heç kimə sirr deyil ki, bu, həm də gənclərə ruh yüksəkliyi, vətənpərvər hissləri aşılayan bir musiqidir. Daim gənclərin yanında olan bir təşkilat olaraq sözügedən marşı yenidən təqdim etməyi vacib hesab etdik. Onu da əlavə edim ki, bu, sonuncu layihə deyil. Tezliklə Sabit bəy hazırda üzərində işlədiyi Qarabağ həqiqətləri ilə bağlı növbəti "Mənim evim Şuşadır"əsərini təqdim edəcək. Sözsüz ki, ADDIM təşkilatı olaraq bu işdə də əməkdaşlığımız davam edəcək".

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !