Qarabağda sülhməramlılara Muradov başçılıq edəcək - - DOSYE

Qarabağda sülhməramlılara Muradov başçılıq edəcək - DOSYE

 Dağlıq Qarabağ və Laçın dəhlizi bölgəsində müşahidə aparacaq sülhməramlı missiyaya Rusiya Ordusunun general-leytenantı Rüstəm Muradov başçılıq edəcək.

 

General Muradov 1973-cü ildə Dağıstan Respublikasının Dərbənd rayonundakı Çinar kəndində anadan olub.


Milliyətcə tabasaran olan Rüstəm Muradov Kazan Suvorov hərbi məktəbinin məzunudur. O, 1990-cı ildən ordu sıralarında olub. 1995-ci ildə Leninqrad Ümumqoşun komandirləri məktəbini, 2015-ci ildə isə Rusiya Baş Qərargahının Akademiyasını bitirib.

 

Rüstəm Muradov 2015-2017-ci illərdə Rusiyanın 41-ci ordusunun qərargah rəisi, Ukraynanın Donbas regionunda atəşkəsə nəzarət edən koordinasiya mərkəzinin üzvü olub.

2017-ci ildə Suriyada hərbi məsləhətçi, 2018-ci ildən Rusiya Cənub Hərbi Dairəsinin komandan müavini olub.

Ailəlidir, 2 qız və 2 övlad atası olduğu bildirilir. Modern.az

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !