- ...körpələr öldü

...körpələr öldü

 Lənkəran şəhəri Səttarxan küçəsi 8-də yerləşən fərdi yaşayış evində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Cənub Regional Mərkəzinin xilasediciləri yanğın baş verdiyi əraziyə cəlb olunub. Yanğın zamanı 3 nəfər azyaşlı xilas edilərək təcili yardım xidmətinin həkim briqadasına təhvil verilib. Xəstəxanaya çatdırılan 2018-ci il təvəllüdlü Artyom Aleksandroviç Quds reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyətinin ağır olduğu bildirilir. Lakin digər 2 uşağın - 1 yaşlı Emil Cəsarət oğlu Quds və 6 yaşlı Milada Aleksandroviç Qudsun xəstəxanaya gətiriləndə vəfat etdikləri məlum olub.

Yanğın nəticəsində ümumi sahəsi 81 m2 olan birmərtəbəli üçotaqlı evin yanar konstruksiyaları yanıb.Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb. Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. "Report"

xxx

Lənkəran şəhəri Səttarxan küçəsi 8-də yerləşən fərdi yaşayış evində yanğın baş verib.

Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğından mühafizə bölmələri və Cənub Regional Mərkəzinin xilasediciləri yanğın baş verdiyi əraziyə cəlb olunub.

Yanğın nəticəsində ümumi sahəsi 81 m2 olan birmərtəbəli üçotaqlı evin yanar konstruksiyaları yanıb. Yanğın zamanı 3 nəfər azyaşlı xilas edilərək Təcili və Təxirəsalınmaz Tibbi Yardım Xidmətinin həkim briqadasına təhvil verilib.

Uşaqlardan ikisi (2019 və 2014-cü il təvəllüdlü) xəstəxanada vəfat edib. Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən söndürülüb.

Hadisə ilə əlaqədar müvafiq qurumlar tərəfindən təhqiqat aparılır. Publika.az

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !