GÜLAĞA QƏNBƏROV (TƏNHA): - QƏLƏBƏ BİZİMDİR!

GÜLAĞA QƏNBƏROV (TƏNHA): QƏLƏBƏ BİZİMDİR!

 Bu gün Azərbaycan tarixinin ən şanlı, şərəfli və qürurverici günlərindən birini yaşayır. Son 200 ildə Azərbaycan torpaqlarının bir hissəsini itirmişdi. Ali baş komandan İlham Əliyevin rəhbərliyi ilə bu gün Azərbaycan itirilmiş torpaqlarını geri qaytarır.
Noyabr ayının 10-u bütün Azərbaycan xalqı üçün yeni zəfər dolu Qələbə Bayramı ilə başladı. Bu Azərbaycanın dövlətçilik tarixində yaşadığı və bütün dünyaya nümayiş etdirdiyi müzəffər Azərbaycan Ordusunun gücünü və qürurunu bir daha sübut etdi.

Müzəffər Azərbaycan Ordusu erməni silahlı qüvvələri və Qarabağda formalaşan terror qruplaşmalarını darmadağın etdi.
Ermənistanın Rusiya Federasiyasına rəsmən müraciət etməsi Rusiyanın bilavasitə iştirakı ilə Azərbaycan-Ermənistan arasında doqquz bəndi özündə əks etdirən bəyanatın imzalanması ilə nəticələndi.
Bu bəyanat qan tökülməsinin qarşısının alınmasına, insanların yaşamaq hüququnun təmin olunmasına, eləcə də Qarabağda Azərbaycanın suverenliyinin təmin olunması – Azərbaycanın çətinliklə əldə olunan davamlı qələbəsidir.

Xüsusilə, 30 illik işğal altında olan Qarabağın hər bir rayonunun noyabr ayının sonunadək Ermənistan Respublikasının silahlı qüvvələrindən tamamilə təmizlənməsi Qarabağ ərazisində yaşayan və yaşayacaq Azərbaycan vətəndaşlarının burada Azərbaycan sərhədləri və qanunları çərçivəsində yaşamağa başlamalarını təmin etməklə, qısa müddət ərzində Azərbaycan Respublikasının Konstitusiyasının, qanunlarının, Ali Baş Komandanın əmrlərinin, həmçinin Azərbaycanın ərazi vahidi olaraq bütün hüquq və normalarına uyğun idarəçiliyin təkmilləşməsinə imkan verəcəkdir.
Bəyanat, eyni zamanda Birləşmiş Millətlər Təşkilatının ixtisaslaşmış qurumlarının iştirakı ilə sülhün, əmin-amanlığın qorunmasına yönəlik sülhməramlı mərkəzlərin təşkil olunmasına, hərbi əsrlərin, girovların, habelə cəsədlərin mübadiləsinin həyata keçirilməsinə şərait yaradacaqdır.

Qürurlu və güclü xalqımız Ali Baş Komandan, Prezident İlham Əliyevin ətrafında bundan sonra da sıx birləşərək Yenilməz Azərbaycan Sərkərdəsi ilə birgə yeni, şanlı tariximizin yazılmasını davamlı edərək, daha böyük Azərbaycan uğrunda mübarizliyini əzmlə davam etdirəcəkdir.

Eşq olsun Azərbaycana, eşq olsun Müzəffər öndərimizə, eşq olsun Azərbaycan əsgərinə!
Yaşasın Azərbaycan!

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !