FM 105 RADIOSUNDA ƏRAZILƏRIMIZIN POTENSIALI MÜZAKIRƏ EDILIB
Bu xəbəri paylaş
AMEA akad. H.Ə.Əliyev adına Coğrafiya İnstitutnun “Turizm və rekreasiya coğrafiyası” şöbəsinin müdiri c.ü.f.d., dos. Zaur İmrani noyabrın 5-də 105 FM radiosunun “Soruşun cavab verək” verilişində “İşğal olunmuş və işğaldan azad edilmiş ərazilərimizin təbii-coğrafi və iqtisadi potensialı” adlı mövzu nun müzakirəsində iştirak edib.
Alim regionun təbii və iqtisadi potenasialı barəsində fikirlərini bölüşüb, iqlim amili, faydalı qazıntılar, termal və mineral sular, antropogen turizm abidələri, sənaye, kənd təsərrüfatı, sosial infrastruktur sahələrinin gələcəkdə inkişaf etdirilməsi yollarından söz açıb. Verilişdə həmçinin, işğal olunmuş və işğaldan azad edilmiş ərazilərdə “Strateji inkişaf proqrmaqları”nın hazırlanması, onların mərhələli şəkildə həyata keçirilməsi kimi məsələlər müzakirə edilib, tamaşaçıların suallarına cavablandırılıb.