TENNİS - Medvedev karyerasında 3-cü "Masters"ini udub - İNTİQAM təqdim edir (AZpress.AZ)

TENNİS - Medvedev karyerasında 3-cü "Masters"ini udub İNTİQAM təqdim edir (AZpress.AZ)

Fransanın paytaxtı Parisdə xard örtüklü açıq kortda keçirilən və mükafat fondu 3.901.250 avro təşkil edən "Masters" turniri başa çatıb. Turnirin qalibi adını isə həlledici finalda almaniyalı tennisçi Aleksandr Zverevi 5:7, 6:4, 6:1 hesabla məğlub edən rusiyalı Daniil Medvedov qazanıb. Bu qələbə ilə o, Zverevlə öz arasında keçirilən oyunlarda qeydə alınan 1:5 hesabı 2:5-ə yendirməklə yanaşı, həm də karyerasında 3-cü dəfə "Masters"in qalibi adına layiq görülüb. Qeyd edək ki, cari məvsümdə ilk titulunu əldə edən Daniil bununla karyerasında qazandığı titulların sayını 8-ə çatdırıb. Bu qələbədən sonra rusiyalı raketka ustası reytinq cədvəlindəki mövqeyini də yaxşılaşdırıb. Beləki, Paris turnirinə reytinq cədvəlinin 5-ci pilləsində qatılan Medvedev indi 4-cü pillədəki "Tenis Kralı" ləqəbini daşıyan isveçrəli Roje Federeri bir pillə aşağı salmaqla onun yerinə qalxıb. Ondan fərqli olaraq, yarımfinalda dünyanın 2 nğmrəli raketka ustası olan ispaniyalı Rafael Nadalı məğlub edərək finala çıxan Zverev isə reytinq cədvəlində yerində sayıb (7-ci yer),

"Masters"dən sonra reytinq cədvəlində vəziyyət belə olub (Top-10):

Yeri Tenisçi (ölkəsi) Xalı
1 (1) Novak Cokoviç (Serbiya) 11830
2 (2) Rafael Nadal (İspaniya) 9850
3 (3) Dominik Tim (Avstraliya) 9125
4 (5) Daniil Medvedev (Rusiya) 6970
5 (4) Roje Federer (İsveçrə) 6630
6 (6) Stefano Tsitsipas (Yunanıstan) 5925
7 (7) Aleksandr Zverev (Almaniya) 5525
8 (8) Andrey Rublev (Rusiya) 3919
9 (9) Dieqo Şvartsman (Argentina) 3455
10 (10) Matteo Berretino (İtaliya) 3075
İNTİQAM MƏMMƏDOV
 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !