Rus sülhməramlılarını daşıyan onuncu təyyarə Qarabağa uçdu -

Rus sülhməramlılarını daşıyan onuncu təyyarə Qarabağa uçdu

 Rus sülhməramlılarını daşıyan onuncu təyyarə Qarabağa uçub.

Bu barədə Rusiya Müdafiə Nazirliyi açıqlama yayıb.

Bildirilib ki, sülhməramlıları daşıyan İl-76 təyyarəsi Ulyanovskdan Dağlıq Qarabağa yola düşüb.

"Göyərtəsində Rusiya sülhməramlıları olan onuncu İl-76 hərbi nəqliyyat təyyarəsi Ulyanovsk-Vostochny aerodromundan havaya qalxdı. Təyyarədə sülhməramlı hissənin şəxsi heyəti, sursat və zirehli heyət daşıyıcıları var".

Qeyd edək ki, Rusiya Federasiyasının Qarabağdakı sülhməramlı kontingenti 1960 hərbi qulluqçu, 90 zirehli heyət daşıyıcısı, 380 texnika sayında yerləşdirilib. Rusiya sülhməramlı qüvvələrinin komandanlığı Xankəndi şəhəri ərazisindəki sülhməramlı əməliyyatı idarə etmək üçün səfərbər ediləcək. publika.az

 

 
 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !