GÜLAĞA QƏNBƏROV (TƏNHA): Ali Baş Komandan ata vəsiyyətini yerinə yetirdi...

GÜLAĞA QƏNBƏROV (TƏNHA): Ali Baş Komandan ata vəsiyyətini yerinə yetirdi...

 Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin Şuşa şəhərinin işğaldan azad olunduğunu elan etməsi 28 ildən çoxdur həsrətlə bu günü gözləyən xalqımıza sonsuz sevinc və qürur hissi yaşadır. Ölkənin hər yerində yüz minlərlə insan əllərində Azərbaycan bayrağı paytaxtın və digər şəhər və rayonların küçə və prospektlərinə axışaraq Şuşa zəfərinin sevincini paylaşır.

Bizim tarixi qələbəmiz - Şuşanın azad olunması bir daha göstərdi ki, şəhidlərimizin qanı yerdə qalmır. Ali Baş Komandan İlham Əliyevin də bəyan etdiyi kimi, biz şanlı qələbəmizi döyüş meydanında qazandıq. Hər bir Azərbaycanlı əmin idi ki, gec-tez biz tarixi torpağımıza, 28 il ərzində işğal altında qalan Şuşaya - mədəniyyət beşiyimizə qayıdacağıq. Möhtərəm Prezidentimizin də bəyan etdiyi kimi, Şuşasız bizim işimiz tam sayıla bilməzdi.

Görünən odur ki, biz haqq işimiz uğrunda illərdir apardığımız ədalətli mübarizəni döyüş meydanında uğurla davam etdiririk. Əminliklə demək olar ki, digər ərazilərimizin də işaldan azad edildiyi günü tezliklə qeyd edəcəyik və Qarabağıdünyanın ən abad bölgələrindən birinə çevirəcəyik.

İlk növbədə qeyd edilməli olan nüanslar sırasında bu məqam xüsusi diqqətə layiqdir ki, qələbəmizin kökündə xalqımızın milli birliyi durur. Əks-hücum əməliyyatları başladığı gündən bütün Azərbaycan xalqı kimi, ölkədə fəaliyyət göstərən siyasi partiyalar da dövlət başçısının ətrafında yumruq kimi birləşərək, Onu qeyd-şərtsiz dəstəklədi.

Ümummilli liderimiz Heydər Əliyevin “İqtisadiyyatı güclü olan dövlət hər şeyə qadirdir!” – kəlamı da özünü doğrultdu. "Biz güc toplayırıq, məqsədyönlü şəkildə, yorulmadan, bütün təzyiqlərə baxmayaraq, güc toplayırıq və toplamışıq. İqtisadi güc. Əgər iqtisadi gücümüz olmasaydı, bu Qələbəni əldə etmək mümkün olmazdı". Bunu Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şəhidlər Xiyabanından xalqa müraciətində bəyan etdi: “...Biz demək olar ki, təcrid edilmiş vəziyyətdə idik. Lakin biz bu gün Ermənistanı təcrid edilmiş hala saldıq”.


Ən nəhayət, öz müqəddəs vəzifəsini layiqincə icra edən cənab İlham Əliyev Şuşanın azad olunması müjdəsini verməklə həm bir xalqın illərlə həsrətində olduğu arzusunu, həm də bir övlad olaraq ata vəsiyyətini yerinə yetirmiş oldu. O, Şuşanın azad olunduğu gün ulu öndər Heydər Əliyevin məzarını ziyarət etdi, ulu öndərin ruhu qarşısında baş əydi. Möhtərəm Prezidentimiz həqiqətən də özünün dediyi kimi, xoşbəxt adamdır ki, ata vəsiyyətini yerinə yetirdi, Şuşanı azad etdi və xalqımıza zəfər müşdəsi verdi: “Bu, böyük Qələbədir! Bu gün şəhidlərimizin, Ulu Öndərin ruhu şaddır!
Gözün aydın olsun, Azərbaycan!

Gözünüz aydın olsun, dünya azərbaycanlıları!

 ( Sos.şəbəkədə gedən yazışmanin FOTO-ƏKSİndə olan qramatik və məzmun səhvlərinə görə redaksiya məsuliyyət daşımır ) 
 Bütün hüquqlar qorunur ! Xəbərlərdən istifadə edərkən    www.AZpress.AZ    saytına istinad zəruridir !
TƏSİSÇİ və BAŞ REDAKTOR :  R A S İ M     S A D I X O V 
(Sadıxov Rasim Mirzəbala oğlu)
 e-mail:  [email protected]