CÜDO - Gənc cüdoçularımız Avropa çempionatında İNTİQAM təqdim edir (AZpress.AZ)
Bu xəbəri paylaş
Bu gün Xorvatiyanın Poroçe şəhərində 23 yaşadək olan cüdoçuların Avropa çempionatına start verilib. iki gün davam edəcək turnirdə Azərbaycan da daxil olmaqla 36 ölkəni təmsil edən cüdoçular mübarizəyə qatılıblar. ACF-dən verilən məlumata görə ölkəmiz bəlli yarışda 3-ü zərif cins nümayəndəsi olmaqla 10 idmançı ilə təmsil olunur. Oğlanların yarışında Yaşar Nəcəfov, Turan Bayramov (hər ikisi 60 kq), Nurlan Osmanov, Ayxan Tanrıverdiyev (hər ikisi 66 kq), Rəşid Məmmədəliyev (73 kq), Elcan Hacıyev (81 kq) və Camal Feyziyev (+100 kq), zəriflər arasında isə Şəfəq Həmidova (48 kq). Gültac Məmədəliyeva (52 kq) və Südabə Ağayeva (63 kq) triosu mübarizə aparacaq. Bir məqamı da qeyd edək ki, adıçəkilən bu cüdoçulardan bir neçəsi, 4-7 noyabr günlərində elə bu məkanda yeniyetmələr arasında keçirilən analoji yarışda iştirak edib. Təəssüflər olsun ki, həmin yarışda cüdoçularımızdan heç biri mükafatçılar arasında yer ala bilməmişdi.
Bu gün çəkisi 60 və 66 kq olan oğlanlar və eləcə də 48, 52, 57 və 63 kq-da olan qızlar tatamiyə çıxıblar. İlk gündə mübarizəyə qatılan təmsilçilərimiz start görüşlərini qələbə ilə bitiriblər. Bayramovla Nəcəfov müvafiq olaraq, avstriyalı Cəbrail Zakacev və macarıstanlı David Nacini, Osmanovla Tanrıverdiyevsə müvafiq olaraq, Emilya Xerniksonu (İsveç) və Mark Latisevi (Moldova) üstələyib.
İNTİQAM Məmmədov
Bu xəbəri paylaş
